Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Etibarlı tərəfdaşlığın yeni mərhələsi

Etibarlı tərəfdaşlığın yeni mərhələsi

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Böyük Britaniya iqtisadi əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. İclasda ticarət-iqtisadi, energetika, səhiyyə, kənd təsərrüfatı, kibertəhlükəsizlik, qida təhlükəsizliyi, nəqliyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, energetika naziri Pərviz Şahbazov bildirib ki, iki ölkə  arasındakı münasibətlər qarşılıqlı etimad sütunları üzərində yüksələn xətlə inkişaf edir. Əldə olunan tərəqqi Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün möhkəm zəmin yaradır. Böyük Britaniya 30 ildən artıqdır ki, investisiyaları və enerji sektorunda strateji əməkdaşlığı ilə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Bu ölkənin  Azərbaycana yatırdığı investisiyaların həcmi 39 milyard dolları ötür. Hazırda Birləşmiş Krallıq Azərbaycanın ən böyük xarici investorudur.

Hazırda hər iki dövlət yüksəksəviyyəli əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün ənənəvi neft-qaz sahəsi ilə yanaşı, ticarət və mühəndislik, bərpaolunan enerji, innovasiya və rəqəmsal texnologiyalar, “yaşıl enerji” infrastrukturlarının qurulmasında uzunmüddətli əməkdaşlığa önəm verir. Tərəflər arasında əbəkdaşlığın 2026-2027-ci illər üzrə Fəaliyyət Planı qarşıdakı dövrdə birgə fəaliyyət üçün aydın yol xəritəsi yaradır. Sənəd 10 istiqamət üzrə 60-dan çox tədbiri əhatə edir.

Orta Dəhliz ingilislər üçün strateji logistika qovşağıdır

P.Şahbazov qeyd edib ki, əldə edilmiş razılığa əsasən, növbəti mərhələdə süni intellekt, kibertəhlükəsizlik, məlumat mərkəzləri və insan kapitalının inkişafı üzrə ayrıca yol xəritəsinin hazırlanması, həmçinin aparıcı Britaniya universitetləri ilə birgə akademik proqramların həyata keçirilməsi əməkdaşlığa daha praktiki məzmun qazandıra bilər. Qarşıdakı dövrdə əsas prioritetlərdən biri Orta Dəhlizin ötürücülük qabiliyyətinin daha da artırılması və rəqəmsallaşdırılmasıdır. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. 2025-ci ildə Azərbaycan ilə Böyük Britaniya arasında tranzit yükdaşımalarının 14 faiz artması bu potensialı əks etdirir. Rəqəmsal transformasiya da əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Süni intellekt, kibertəhlükəsizlik, məlumat mərkəzləri və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün böyük potensial var.

Energetika naziri qeyd edib ki, “Azəri-Çıraq-Günəşli”də səmt qazı hasilatına başlanması, “Şahdəniz Kompressiya” layihəsi, “Şəfəq-Asiman”, “Qarabağ” və Əşrəfi-Dan Ulduzu-AyPara layihələri, həmçinin Özbəkistandakı birgə fəaliyyət tərəfdaşlığın uzunmüddətli xarakterini nümayiş etdirir. Eyni zamanda, əməkdaşlıq “yaşıl enerji” və dekarbonizasiya sahələrini də əhatə edir. Gələn il istismara verilməsi gözlənilən “Şəfəq” Günəş Elektrik Stansiyası, Səngəçal terminalının təmiz enerji vasitəsilə dekarbonizasiyası qlobal enerji keçidi üçün model təqdim edir.

İnglislər “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə də xüsusi diqqət göstərir, layihə çərçivəsində Naxçıvandan əldə ediləcək “yaşıl enerji” mübadilə mənbələrinin istismarında təmsil olunmaq niyyətindədir. Bu baxımdan Britaniyanın “Xlinks” şirkətinin Muxtar Respublikada fəaliyyəti bölgənin enerji mənbələrinin şaxələnməsi və nəqlində mühüm mərhələ aça bilər.

Britaniya ölkəmizə 5 milyard funt sterlinqdən çox investisiya ayırmaq niyyətindədir

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının sədri, Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvar ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətlərinə diqqət çəkərək dövlətlərarası əlaqələrin iqtisadi-ticari, enerji, siyasi, sosial və humanitar sahələrdə mühüm faydalar yaratdığını vurğulayıb. Qeyd edib ki, əməkdaşlığın hazırkı yüksək səviyyəsi və gündən-günə yeni məzmunla zənginləşməsində xüsusi məmnunluq doğurur.

A.Sarvar bildirib ki, Böyük Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir. Bu əməkdaşlıqda bp şirkəti xüsusi yer tutur.

Böyük Britaniya hazırda da Azərbaycanın ən böyük xarici investoru olaraq qalır. Eyni zamanda, son dövrdə investisiya axınının hər iki istiqamətdə artması müşahidə olunur. Əsas məqsəd qarşılıqlı investisiyalara əsaslanan ikitərəfli iqtisadi əlaqələri daha da inkişaf etdirməkdir. Əsas prioritetlərdən biri infrastruktur, təmiz enerji və Orta Dəhlizin inkişafı istiqamətində layihələrin müəyyənləşdirilməsi və əməkdaşlığın genişləndirilməsidir. Tərəflər mövcud maliyyə imkanlarını konkret layihələrə yönəltmək və əməkdaşlığı praktiki nəticələrlə möhkəmləndirmək niyyətindədir. Konkret olaraq Böyük Britaniya Azərbaycanda həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə ən azı 5 milyard funt sterlinq həcmində maliyyə dəstəyi göstərə bilər.

Azərbaycan məhsul ixracını 14 dəfədən çox artırıb

Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi də durmadan artır. 2026-cı ilin birinci yarısında əmtəə mübadiləsi təxminən 6 dəfə artaraq 3,6 milyard dolları ötüb. Xüsusilə də, Azərbaycanın mal mübadiləsində payı rekord həddə çatıb. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Böyük Britaniyaya 3 milyard 480 milyon 503,5 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,5 dəfə və ya 3 milyard 239 milyon 921,33 min dollar artım deməkdir. Hesabat dövrü ərzində Azərbaycan Böyük Britaniyadan 204 milyon 594,97 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 70,3 faiz və ya 483 milyon 606,77 min dollar azdır. Bu göstəricilər Azərbaycanın ümumi ixracının 15,95 faizini, ümumi idxalının isə 1,79 faizini təşkil edib.

Böyük Britaniya ilə iqtisadi əməkdaşlıq məsələləri iqtisadiyyat naziri Mikayıl Cabbarovla Anas Sarvar ilə görüşdə də müzakirə olunub, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirib. Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində fəaliyyəti qeyd edilib, bu ərazilərin minalardan təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfənin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. İki ölkə arasında enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyi haqqında danışılıb və bu əməkdaşlığın qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı bildirilib.

Birgə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan ilə Böyük Britaniya arasında 4 sənəd imzalanıb. Belə ki, “Xlinks” və “Yaşıl Dəhliz Alyansı” arasında Anlaşma Memorandumu, “UK Export Finance” ixrac krediti agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Yol Xəritəsi, nəqliyyat, təhsil və digər istiqamətlər üzrə əməkdaşlıq sənədi mübadilə edilib. Eləcə də, 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul olunub.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri