Icma.az
close
up
RU
Etibarlı və səmimi tərəfdaş

Etibarlı və səmimi tərəfdaş

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

İkitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu sahədə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyevin xarici ölkələrə, həmçinin bu və ya digər ölkələrin dövlət başçılarıın Azərbaycana səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Bu günlərdə Somali Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə rəsmi səfəri hazırda ölkə mətbuatında geniş müzakirə edilməkdədir. Səfər çərçivəsində imzalanan sənədlər tərəflərin əməkdaşlığın möhkəmlənməsində nə qədər maraqlı olduqlarını nümayiş etdirdi.

Dövlət başçısı İlham Əliyevin “Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq” fikirlərinin davamı olaraq Somali Prezidenti Hasan Şeyx Mahmud bildirdi ki, qardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan, hörmətli qardaşım və dostum Prezident İlham Əliyevlə səmərəli müzakirələr aparmaqdan böyük şərəf və qürur hissi duyuram. Mənim və nümayəndə heyətimin fikrincə, görüşümüz çox məhsuldar keçib və bu, Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı deməkdir: “Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. Bu gün biz əsasən tərəflər arasında daha sıx əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bildirdik”.
Bu fikir də xüsusi qeyd edildi ki, son üç onillikdə bir çox oxşarlıqlarımız mövcuddur. Xüsusilə 1990-cı illərdə Azərbaycan müəyyən çətinliklərlə üzləşəndə, Somali də belə çətinliklərlə üzləşib. Xoşbəxtlikdən Azərbaycan xalqı dünyanın bu hissəsində sabit və firavan bir ölkə kimi qalib gəlməyə müvəffəq olub. Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və praktik təcrübənizi öyrənməyə hazırıq. Qeyd etdiyiniz bütün əməkdaşlıq sahələri hər ikimiz və xüsusilə də Somali üçün çox faydalıdır. Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir. İmzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır.
Somali İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Prezident İlham Əliyev bu və ya digər sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan bəhs etməklə yanaşı, onu da bildirdi ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.
Onu da qeyd edək ki, Azərbaycan Fransa və digər ölkələrin müstəmləkə siyasətinə qarşı mübarizə aparan və Afrika dövlətlərinə dəstək verən azsaylı ölkələrdən biridir. Xüsusilə Azərbaycanın beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı açıq mövqe nümayiş etdirməsi Afrikada müsbət qarşılanır. Azərbaycan Afrika dövlətlərinin siyasi və iqtisadi müstəqillik yolunda apardığı mübarizəyə həm diplomatik, həm də humanitar dəstək göstərir. Ölkəmiz beynəlxalq təşkilatlarda Afrikanın hüquqlarını müdafiə etməklə yanaşı, onların iqtisadi inkişafına töhfə vermək üçün investisiya və texniki yardım layihələrində iştirak edir. Bundan əlavə, Azərbaycan Afrika ölkələrinin beynəlxalq təşkilatlardakı səsini gücləndirmək üçün müxtəlif platformalarda onlara dəstək nümayiş etdirir. Ölkəmiz, eyni zamanda, Afrika ölkələrinin enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində inkişaf etməsinə töhfə vermək məqsədilə ortaq layihələrdə iştirak edir. Azərbaycan Afrika ölkələrinin təhsil sahəsində inkişafını dəstəkləmək üçün tələbələrə təqaüdlər ayırır və akademik mübadilə proqramlarını təşviq edir. Həmçinin ölkəmiz Afrika dövlətləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün biznes forumlar və sərgilər təşkil edərək, onların qlobal bazarlara inteqrasiyasını dəstəkləyir. Bu strateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaş kimi qəbul olunmasına şərait yaradır.

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri