Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Sadiq və etibarlı tərəfdaş

Sadiq və etibarlı tərəfdaş

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Asiya İnfrastruktur İnvestisiya Bankı ölkəmizdə “yaşıl iqtisadiyyat”a dəstək verəcək

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Dohada keçirilən 11-ci İllik Toplantısında Azərbaycanın AİİB-in “Gələcəyin infrastrukturu” missiyasına töhfə verəcək nəqliyyat, enerji və rəqəmsal bağlantı imkanlarına malik olduğu vurğulanıb. Tədbir çərçivəsində keçirilən müdirlərin dəyirmi masasında AİİB ilə üzv ölkələr arasında gələcək əməkdaşlığın prioritetləri, bank tərəfindən maliyyələşdirilməsi planlaşdırılan yeni investisiya layihələri, regional əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi və infrastrukturun inkişafı məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov toplantı çərçivəsində “Sərhədlərdən kənara: regionları birləşdirmək, dayanıqlılığı gücləndirmək” mövzusunda seminarda məruzə ilə çıxış edərək Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçidi və işğaldan azad edilmiş ərazilərdə bu konsepsiyanın tətbiqi, dəmir yolu infrastrukturu, eləcə də digər nəqliyyat-tranzit və logistika layihələri çərçivəsində əməkdaşlıq potensialı barədə məlumat verib.  Azərbaycanda həyata keçirilən mühüm layihələrdə AİİB-in roluna toxunaraq 2016-cı ildən davam edən əməkdaşlıq çərçivəsində dövlət və özəl sektora yönəldilən kapitalın iqtisadi inkişafa töhfə verdiyi bildirilib. Hazırda əməkdaşlıq çərçivəsində infrastrukturun inkişafı, dayanıqlı inkişafın təmin olunması, “yaşıl iqtisadiyyat”a keçidə və “yaşıl enerji”yə bankın dəstəyi yüksək dəyərləndirilib.

Tərəfdaşlığın müasir mərhələsi - Birgə bəyannamə...

Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor olan AIIB-in kapital portfelinin əsaslı hissəsi Çinin maliyyəsi ilə formalaşır. 2016-cı ildən fəaliyyətə başlamış və Pekində yerləşən AIIB-in hazırda 110 sərmayədarı və 100 milyard dollar məbləğində nizamnamə kapitalı mövcuddur. Bankın əsas məramı etibarlı investisiyalar üçün uzunmüddətli maliyyələşdirmənin təqdim edilməsi, eləcə də əsasən Asiya regionunda həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi inkişafın təmin olunmasıdır.

AIIB indiyə kimi Azərbaycanda dövlət zəmanəti ilə 2 layihəyə kreditlər yönəldib və hər iki layihənin icrası tamamlanıb. Bank ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən etibarlı və dayanıqlı maliyyə təchizatçısı olmaqda qərarlıdır. AİİB-in prezidenti Zou Jiayi bildirib ki, Azərbaycan bankın təsisçilərindən biri kimi sadiq və  dəyərli tərəfdaş olub. AIIB ölkənin inkişafına dəstəyi davam etdirməyə sadiqdir və onun yüksək artım potensialını qəbul edir.

Bir neçə ay əvvəl Azərbaycan hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında tərəfdaşlığın genişləndirilməsi haqqında imzalanmış Birgə bəyannamə “yaşıl enerji”, infrastruktur, nəqliyyat, o cümlədən Orta Dəhlizin nəqliyyat qovşaqlarının modernləşdirilməsi, metro tikintisi, su təchizatı, kommunikasiya quruculuğu və digər sahələrdə dayanıqlı donor təchizatını nəzərdə tutur.

AIIB Orta Dəhlizin Azərbaycana aid hissəsini modernləşdirəcək

Birgə bəyannamədə əks olunan bəndlər Azərbaycanın yeni inkişaf strategiyası olan “2030-cu ilədək sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədi və beynəlxalq inkişaf  konseptinin hədəflərinə əsaslanır. Əsas sərmayə anlaşması Milli Prioritetlərdə qeyd edilən “Sabahın İnfrastrukturu” hədəf çərçivəsinin maliyyələşdirilməsidir. Həmin prioritetə əsasən, AIIB tərəfindən layihələrin suveren şəkildə maliyyələşdirilməsini nəzərdə tutan çoxillik investisiya proqramı formalaşdırılacaq. Proqram üç əsas istiqamətə fokuslanacaq. Birinci istiqamət “yaşıl enerji” quruculuğu və dekarbonizasiyaya töhfə verən milli iqlim hədəflərinin dəstəklənməsidir.

İkinci hədəf xətti Azərbaycanın mühüm beynəlxalq ticarət və logistika dəhlizinin əsas qovşaqlarından biri kimi rolunun gücləndirilməsi, yeni nəsil nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişaf etdirilməsidir. Bura, regional nəqliyyat infrastrukturlarının, ələlxüsus da Orta Dəhlzinin Azərbaycana aid hissəsinin və dəmir yolu infrastrukturunun modernləşdirilməsi və yeni yolların çəkilməsi, Bakı metrosunun yeni xətlərinin yaradılması, paytaxtın şəhər və ətraf ərazilərdəki nəqliyyat infrastrukturunun və içməli su təchizatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrə dəstək verilməsidir. Bank bu sahədə də davamlı maliyyə təchizatçısı kimi tələb olunan sərmayələri ayıracaq.

Birgə bəyannamədən irəli gələn maliyyələşdirmə proqramının üçüncü hədəf xətti isə Azərbaycanda innovativ maliyyə modellərinin yaradılması və dövlət-özəl tərəfdaşlıq üçün əlverişli mühitin qurulması hesabına özəl investisiyaların stimullaşdırılmasıdır.

Bankın 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək

AİİB-in Müdirlər Şurasının rəsmi sessiyasında Bankın 12-ci İllik Toplantısının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu nüfuzlu tədbirə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa və AİİB-yə üzv ölkələri birləşdirən ortaq məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Bu, AİİB-in təsisçi üzvlərindən biri olan Azərbaycanın bankla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin sırasını daha da genişləndirəcək, ölkəmizdə infrastrukturun inkişafına və regional bağlantıların genişləndirilməsinə xidmət edəcək. Gələn il 14-15 iyul tarixlərində keçiriləcək İllik Toplantı Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Xəzəryanı regionun infrastruktur və bağlantı məsələləri üzrə fikir mübadiləsinin genişləndirilməsi üçün mühüm imkan yaradacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri