Icma.az
close
up
RU
Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

Icma.az bildirir, Bizim media portalına istinadən.

Son günlər avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin ləğv edilməsi ilə bağlı müzakirələr gedir. Bəzi şəxslər hesab edir ki, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olması və sahibinin şifahi razılığı yetərlidir. Təsadüfi deyil ki, MDB ölkələrinin əksəriyyətində etibarnamə tələbi aradan qalxıb.
Bəs, ölkəmizdə də bu təcrübə reallaşa bilərmi
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsədov etibarnamə tələbinin olmasının əsas səbəblərini qeyd edib:
 

“Bunun başlıca səbəbi büdcə daxilolmaları ilə bağlıdır. Hər il bu cür əməliyyatlardan dövlət büdcəsinə milyonlarla manat vəsait cəlb olunur. Büdcəyə toplanan vəsaitsə dövlətin və xalqın rifahına sərf olunur. Yəni etibarnamə və digər sənədlər üçün ödədiyimiz vəsait dolayı yolla bir müddət sonra bizə qayıdır. Üstəlik bir insan həyatı boyu avtomobilə görə neçə dəfə etibarnamə verir ki? Ən yaxşı halda 3-4 dəfə. 35-40 ildə bir vətəndaş ən pis halda 100-120 manat əlavə xərcə düşür. Bununla müqayisədə dövlət büdcəsi daha çox qazanır. Dövlətin qazanması isə hər birimizin qazancı deməkdir”.


Etibarnamədəki qiymət fərqi nəylə bağlıdır?
Müsahibimiz bildirib ki, bu məsələdə sosial ədalət prinsipi gözlənilir:
“Belə ki, mövcud qaydalara görə kənar şəxsə verilən etibarnəminin qiyməti ailə üzvlərinə verilən etibarnamənin qiymətindən təqribən 2 dəfə artıqdır. Bu da ona görədir ki, bu gün ölkəmizdə dövriyyəsi on milyon manatlarla ölçülən çoxsaylı  şirkətlər var. Belə şirkətlər üçün də ödənilən dövlət rüsumu sinvolik xarakter daşıyır. Amma ailə üzvlərinə verilən etibarnamənin qiyməti isə 18 manata yaxındır.
Ola bilsin ki, bu rəqəmə baxmaq olar. Çünki əksər ölkələrdə ailədə olan avtomobildən bütün ailə üzvləri varis kimi istifadə edə bilər. Bunun üçün etibarnamə tələb olunmur. Lakin kənar şəxslərə etibarnamənin verilməsi öhdəliyi var. Bu mənada yaxşı olar ki, avtomobilə aid etibarnamənin müddəti uzadılsın və birinci dərəcəli qohumlara verilən etibarnamənin qiyməti azaldılsın. Düşünürəm ki, sözügedən məsələdə ən optimal variant budur”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri