Icma.az
close
up
RU
ETİHİ nin Mərkəzi Aran bölgəsi üzrə regional görüşü Mingəçevirdə keçirildi Fotolar

ETİHİ nin Mərkəzi Aran bölgəsi üzrə regional görüşü Mingəçevirdə keçirildi Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AHİK‑in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla birbaşa dialoq və əməkdaşlığı genişləndirmək məqsədilə növbəti regional görüşünü Mərkəzi Aran bölgəsində təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhərləri, həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən 520 ilk həmkarlar ittifaqı təşkilatının sədri iştirak edib.

Tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və komitənin digər məsul əməkdaşları qatılıblar. Araz Paşayev çıxışında AHİK‑in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu diqqətə çatdırıb və üzv təşkilatlar arasında həmrəylik prinsipinin Komitənin fəaliyyətində əsas xətt olduğunu vurğulayıb. O, birbaşa ünsiyyəti genişləndirməyin və ilk təşkilatlara sistemli dəstək göstərməyin prioritet olduğunu qeyd edib.

Tədbir çərçivəsində sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının müdafiəsi üzrə həyata keçirilən layihələr barədə təqdimatlar edilib. İlk təşkilat sədrləri ilə sual-cavab formatında müzakirələr aparılıb və səslənən təkliflər qeydiyyata alınıb. ETİHİ rəhbərliyi bu formatda regional görüşlərin ölkənin digər bölgələrində də davam etdiriləcəyini və üzv təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əsas məqsəd olduğunu bildirib.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ölkə üzrə 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı birləşdirir.















Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri