Icma.az
close
up
RU
Süni ət gəlir, fermer gedir? Dilemma Ağa Salamovdan XƏBƏRDARLIQ

Süni ət gəlir, fermer gedir? Dilemma Ağa Salamovdan XƏBƏRDARLIQ

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Süni ətin qlobal ərzaq sənayesində sürətlə yayıldığı bir dövrdə bu texnologiyanın Azərbaycanda kənd təsərrüfatı və heyvandarlıq sektoruna potensial təsiri getdikcə daha çox maraq doğurur. Ənənəvi heyvandarlığa marağın azalması, qida təhlükəsizliyi və idxaldan asılılıq kimi məsələlər süni ət texnologiyasını aktual və müzakirəyə açıq olmasına zəmin yaradır.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov mövzu ilə bağlı Tribunainfo.az-a müsahibə verib.

— Süni ət texnologiyası nədir və hansı ehtiyacdan yaradıldı?

— Qlobal ərzaq sektorunda baş verən dəyişikliklərdən biri də süni ət texnologiyasının ön plana çıxarılmasıdır. Bunun başlıca səbəbi də karbon emissiyasının azalmasıdır. Karbon emissiyası iribuynuzlu və xırdabuynuzlu heyvanlara aiddir. Bu heyvanların və istixanaların havaya ifraz etdiyi karbon qazının qarşısını almaq üçün planlar var. Eyni zamanda meqapolis həyata can atmaq üçün insan nə edirsə, öz əli ilə öz qiyamətini gətirir. Torpaqdan ayrılıb asfaltda, beton evlərdə yaşamaq üçün can atır. Təbii ki, bunun da müəyyən səbəbləri var. Meqapolis həyatda da fermerlik, kənd təsərrüfatı zəifləyir. Təkcə Azərbaycandan yox, bütün dünyadan söhbət gedir. Bu zaman qıtlıq yaranır və ölkələr idxaldan asılı qalır, ətin qiyməti qalxır. Beləliklə, insanları doyuzdurmaq və karbon emissiyasını azaltmaq üçün atılan addım da süni ətdir. Süni ətin insan orqanizminə faydası təbii ətdə olan B12 qədər, heyvan mənşəli dəmir qədər deyil.

— Karbon emissiyasına ən çox səbəb olan fabrik zavodların tüstüsü və maşınlar deyilmi?

— Karbon emissiyasının azaldılması üçün təkcə iribuynuzlu heyvanlar deyil, eyni zamanda maşınlar da buraya aid edilir. Ən çox avtomobillərin hərəkəti də karbon emissiyasına zərərdir. Ən birinci növbədə bu ləğv olunmalıdır. Amma bu gün bu sərf etmir. Çünki meqapolis həyatda nəqliyyata ehtiyac var. İnsanların meqapolis həyatda olması da bir çox təhlükələri ortaya qoyur, hansı ki, yüksək mərtəbəli binalar, keyfiyyətsiz tikilən beton suyu içir, su qıtlığı yaranır. Nə qədər çox bina tikilir, o qədər çox suya təlabat artır. Süngər daşlardan evlər tikə bilərlər, tikmirlər.

Bundan əlavə karbon qazını atan elektriklə işləyən maşınlar istifadəyə buraxılır. Gündə bir elektrik maşını yanır, özünü nə dərəcədə doğruldacaq müəmmalıdır.

— Genetik modifikasiya və laboratoriya mühiti süni ətin insan sağlamlığına təsiri baxımından hansı narahatlıqları doğurur?
Azərbaycanda bu məhsulun istehsalı və istifadəsi reallığa çevrilsə, heyvandarlıq sektoru necə transformasiya oluna bilər?

Təbii heyvanlarda olan B12, dəmir və s. insan orqanizminə daha çox faydalıdır, nəinki süni ət. Süni ət bazarda rəqabətə girərsə, fermerlərin azalmasına gətirib çıxara bilər. Çünki süni ət ucuz verilərsə, bildiyiniz kimi təbii ətin qiyməti də günü-gündən qalxır. Artıq, burada yem, örüş məsələsi öz sözünü deyir. Həmçinin fermer suvarmaya, yemlənməyə, heyvanların kökəldilməsi və böyüdülməsinə xərc qoyur. Ona təbii əti ucuz qiymətə satmaq sərf etməyəcək. Əslində bir tərəfdən yaxşıdır ki, heyvanların sayı çoxalar. Digər tərəfdən baxanda da görürük ki, əgər o sektora maraq olmayacaqsa, heyvanların azalmasına gətirib çıxaracaq və onsuz da idxaldan asılı qalmışıq.

Hər bir halda süni ət zərərli də deyil, faydalı da deyil. Biri var Allahın yaratdığı, qırmızı ət, biri də var qeyri-təbii üsulla yaradılan, fortifikasiya olunmuş bitki mənşəli vitaminlərdən hazırlanmış ət… Bunun da insan orqanizminə faydası azdır. Bitki mənşəli dəmirin sovurulması da çətinləşir. Tək üstüntünlüyü odur ki, xolesterinin səviyyəsi aşağıdır. Çünki heyvan mənşəli olmadığı üçün tərkibində xolesterin ümumiyyətlə yoxdur.

Dünya hara, biz də ora. Amerikada iribuynuzluların məhvi planı da var. Mediada da görürük ki, “İldırım vurdu, cərəyan vurdu, yanğın oldu və iribuynuzluların öldü”. Nə fəlakət olursa, yazıq iribuynuzluların başına gəlir. Hələ ki, xırdabuynuzlulara toxunan yoxdur.
Karbon emissiyasını azaltmaq istəyirlər amma ilk növbədə havaya atılan tüstü sobalarından başlamaq lazımdır. Tüstünü buxara çevirən metodu dilə gətirə bilərlər. Ancaq görünən odur ki, iaşə obyektlərinin 80 faizində buna əməl olunmur. Maşınların da atdığı qaz buraya daxildir.

Ümumiyyətlə bunun tək çıxış yolu kənd təsərrüfatını artırmaq, fermerlərin sayını artırmaq, kəndliyə dəyər vermək lazımdır. Bizə süni ət lazım deyil. Süni ətdən asılı qalmamaq üçün kəndlinin yanında olmaq lazımdır. Kəndliyə ayaq üstə ölən inək-qoyun yox, sağlam danalar və s. vermək lazımdır ki, o da həvəslənsin, bala alsın, kənd təsərrüfatını genişləndirsin. O zaman rəqabət də olar, qiymət də aşağı düşər.
Bizim ənənəvi qida mədəniyyətimiz var. Süni ətə Azərbaycanda hamı birmənalı yanaşmaz. Təbii əti insan mütləq şəkildə yeməlidir.

Söhbətləşdi: Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri