Icma.az
close
up
RU
Ətin qiyməti nə qədər bahalaşacaq? İqtisadçılar həyəcan təbili çalır KONKRET

Ətin qiyməti nə qədər bahalaşacaq? İqtisadçılar həyəcan təbili çalır KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bu günlərdə ətin qiyməti yenə bahalaşıb. Bahalıq artıq Bakının kənd və qəsəbələrində də müşahidə olunur. Sakinlər bildirir ki, ötən il 13 manat 50 qəpiyə satılan mal ətinin qiyməti 15 manata çatıb.

Qəssablar bildirir ki, qiymət artımında onların hansısa rolu yoxdur və bu, yerlərdəki bahalaşma ilə əlaqədardır. Statistika göstərir ki, Azərbaycana ət idxalı ötən illə müqayisədə 36 faizdən çox artıb. Bu da onu göstərir ki, hökumət ölkədə ətin bahalaşmasının qarşısını almaq üçün müəyyən addımlar atır. Söhbət donmuş ətdən gedir.

Beləliklə, iqtisadi şərtlərə görə Azərbaycanda ətin qiyməti ucuzlaşmalı idi. Biz Azərbaycanda bunu müşahidə etmirik. Nəticə çıxır ki, bahalaşma ya süni şəkildə edilir, ya da insanlar  donmuş ət məhsullarını almaqda maraqlı deyillər. Eyni zamanda toyuq məhsullarının da qiyməti bahalaşıb. Ətə həsrət qalan vətəndaşlar toyuq məhsullarına da yaxın dura bilmirlər. Ekspertlər deyirlər ki, ətin qiyməti məsələsi nəzarətdə saxlanılmalı, əhalinin əlçatanlığı üçün müəyyən qiymət güzəştləri edilməlidir.

Əgər nəzarət olmasa, ətin qiyməti 20 manata kimi qalxa bilər.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirir ki, idxal olunan ət məhsullarının böyük bir hissəsi dövlətin ehtiyaclarını ödəmək üçün sifariş edilir.

Bu cür sifarişlərin bazara çıxması az hallarda olur:

“Məsələn, ordunun ət məhsulu ilə təmin edilməsi üçün bu cür sifarişlər edilir. Eyni zamanda dönərxanalar üçün də xaricdən hazır vəziyyətdə ət gətirilir. Bu da ət məhsulu adı altında ölkəyə daxil olur. Belə sifarişlərin bazara təsir imkanları azdır. Daha çox dövlət orqanlarının sifarişi ilə və onların elan etdikləri tenderlərə görə gətirilir.

Azərbaycanda diri heyvanların bazara gətirilməsi daha çox təsir edir. İribuynuzlu və xırdabuynuzlu mal-qara daha çox Gürcüstandan idxal olunur. Söhbət ondan gedir ki, idxal artdıqca ölkədə yerli istehsal azalır. Yerli istehsalın azalması isə qiymətlərə ciddi təsir edir. Çünki son illərə nəzər saldıqda Azərbaycanda iribuynuzu və xırdabuynuzlu heyvanların say artımı təəssüf ki, müşahidə olunmur. Bunun da ən böyük səbəblərindən biri ondan ibarətdir ki, bir neçə il öncə pambıqçılığın inkişafı ilə bağlı qərar verilərkən regionlarda bu qərarın yerinə yetirilməsi qüsurlu oldu. Örüş yerləri və mal-qara üçün yem bazası kimi nəzərdə tutulmuş yerlərdə pambıq əkdilər. Nəticədə mal-qaranın yem bazası azaldı və yemin qiyməti kəskin artdı. Yem qiymətlərinin artması isə bir çox fermerləri bazardan çıxmağa vadar etdi. Kiçik sahibkar və fermerlər bu işlə məşğul olmaqdan vaz keçdilər. Digərləri də yemi baha aldıqlarına və xərcləri çoxaldığına görə ətin də qiymətini artırdılar.

Eyni zamanda inflyasiyadan sonra ölkədə hər şeyin qiymətinin qalxdığı bir dövrdə ət istehsalçısının qiyməti artırması qaçılmaz idi. Onların xərcləri artdıqca məcburdurlar ki, qiymətdə dəyişiklik etsinlər. Həmçinin ölkədə ətə tələbatın yüksəlməsi və bunun qarşılığında yerli istehsalda artımın olmaması da çox ciddi təsir etdi. Xaricdən gətirilənlər isə yerli tələbatı ödəməyə kifayət etmir. Bütün bu sadaladıqlarımızı nəzərə alanda Azərbaycanda ətin qiymətinin sürətlə artımı gözlənilən idi”.

Ekspertin sözlərinə görə, Azərbaycanda süni qiymət və süni bahalaşma anlayışı yanlış anlaşılır:

“Azərbaycanda Tarif Şurasından başqa tənzimlənən qiymət siyasəti aparan yoxdur. Azərbaycanda süni qiymət artımı varsa, deməli, bazar iqtisadiyyatı yoxdur.

Ölkədə bahalaşmanın qarşısını almaq üçün dövlətin təşviq proqramları olmalıdır. Qarabağ işğaldan azad olunub. Qubadlıda, Kəlbəcərdə ənənəvi heyvandarlığı dirçəltmək olar. Bunun üçün insanların sürətlə oraya köçməsinə və bu yerlərdə yaxşı şəraitin yaradılmasına imkan yaradılmalıdır. İstehsalı bu yollarla artırmaq olar. İqtisadiyyatın qanunu budur ki, məhsul bolluğu olmadan qiymət aşağı düşmür. Təşviq siyasətinin aparılması çox vacibdir. Yalnız bundan sonra qiymətlər sabitləşə, hətta bir müddətdən sonra aşağı da düşə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri