Icma.az
close
up
RU
Ətir

Ətir

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Akif ABBASOV
(hekayə)
Şərəbanı Yeni il ərəfəsi şöbə rəisini təbrik edib uzun ömür, cansağlığı arzuladı:

- Neçə-neçə belə bayramlara çıxasan, ailənlə, övladlarınla!
Rəhim ayağa qalxıb dil-ağız elədi:
- Ay Şərəbanı, yenə bu nə zəhmətdir çəkmisən?
Şərəbanı da öz növbəsində dedi:
- Heç bir zəhməti yoxdur, Rəhim qardaş.
Şərəbanı otaqdan çıxandan sonra Rəhim qapını bağlayıb hədiyyələrə baxdı: bir qutu ətir, bir qutu şokolad idi. Hə, bir dənə də qalstuk.
Rəhim bağlamanı götürüb gözdən iraq bir yana qoydu ki, evə aparsın.
Günlər keçdi. İdarənin rəisi Hökmzadənin ad günü yaxınlaşırdı. Rəhim onu təbrik etməyi özünə borc bildi. Necə olmasa rəisi idi, onun sözünü eşidirdi, onunla yaxşı münasibətdə idi. Odur ki, layiqli bir hədiyyə düzəldib rəisinin görüşünə getdi. Bu dəfə Hökmzadə dil-ağız elədi:
- Rəhim, bu nə xəcalətdir?
Rəhim:
- Ad gününüz mübarək, rəis! Allah sizi bizə çox görməsin! Ağrı-acı görməyəsiniz!
Rəhim özündən razı halda otağı tərk etdi.
Ertəsi gün Hökmzadə Şərəbanını yanına çağırtdırdı. Bir neçə gün əvvəl Rəhimin xahişi ilə Şərəbanının dərəcəsini artırmışdı. Şərəbanı təzə vəzifəsində ən azı 30-40 manat artıq maaş alacaqdı. Nə üçün idarə rəisinin otağına çağırıldığını bilməyən Şərəbanı çəkinə-çəkinə qapını açdı. Boynunu büküb durdu. Gözlədiyinin əksinə olaraq Hökmzadə onu gülərüz və xoş qarşıladı:
- Təzə işindən razısan?
Şərəbanə tez:
- Əlbəttə, rəis, - dedi, - Allah balalarını saxlasın, ömrünü uzun eləsin!
Hökmzadə sözünə davam etdi:
- Şərəbanı, ad günümü təbrik etdiyinə görə sağ ol. Amma zəhmət çəkmisən. Hədiyyəsiz-filansız da mənim sənə hörmətim var, yaxşı insansan, öz işini bilənsən.
Şərəbanı nə isə demək istədi. Hökmzadə imkan vermədi:
- Yaxşı, yaxşı, get, işində ol.
Şərəbanı pərt halda otağı tərk etdi. “Rəis hansı hədiyyədən danışırdı? Yoxsa mənə tənə vurur? Qanacaqsız olmağıma işarə edir. Mənim vəzifəmi böyüdüb. Buna görə nəsə təmənnası varmış! Bu adamların hamısı bir bezin qırağındadırlar. Tamah bunların axırına çıxacaq. Mən bu kişini gözü tox insan kimi tanıyırdım. Demə, başqalarının tayı imiş. Bunun da zayı çıxıb. Bir görürsən?! Abırına-həyasına bax. Otağına çağırtdırıb mənə söz eşitdirir. Görəsən iştahasından nə keçir? Buna neçə manat verməliyəm? Dollarla, yoxsa manatla? Haradadır o boyda pulum ki, buna verim? Bəs Rəhim niyə mənə bir söz deməyib?”
Özü ilə əlləşə-əlləşə Rəhimin kabinetinə girdi. Rəhim yenə məşğul idi, yazıb-pozur, sənədləri qaydaya salırdı. Şərəbanını görüb başını qaldırdı:
- Şərəbanı, sənə nə olub? Rəngin qaçıb elə bil?
Şərəbanı incik:
- Bəs bunu mənə niyə deməmisən? – deyə xəbər aldı.
Rəhim təəccüblə ona baxıb soruşdu:
- Nəyi deməmişəm, Şərəbanı?
Şərəbanı dalğın:
- Pul məsələsini... – dedi.
Rəhim onun danışığından bir şey başa düşməyərək:
- Yoxsa maaşını artırmayıblar? – deyə soruşdu.
Şərəbanı onun sualına sualla cavab verdi:
- Maaşın bura nə dəxli var?
Rəhim:
- Necə yəni nə dəxli? – dedi. - Vəzifən artıbsa, vəzifə maaşın da artmalıydı...
Şərəbanı dilxor halda:
- Vəzifə maaşım artıb, - dedi.
- Bəs narazılığın nədəndir?
Şərəbanı axır ki, mətləb üstünə gəldi:
- Bəs mənə niyə deməmisən ki, Hökmzadə vəzifəmi ona görə artırıb ki, qarnının ağrısı varmış.
Rəhim zarafata saldı:
- Mən Hökmzadəni 20 mildir tanıyıram. Hələ indiyədək onun qarnının ağrımasından şikayət etdiyini eşitməmişəm.
Şərəbanı ciddiləşdi:
- Yaxşı, zarafata salma. Hökmzadə məni yanına çağırmışdı. Vəzifəmi artırdığına görə məndən pul istəyir.
Rəhim donub yerində qaldı:
- Ola bilməz!
Şərəbanı dedi:
- Necə ola bilməz?! Get katibədən soruş. Öyrən ondan gör çağırmışdı, çağırmamışdı.
Rəhim pərt halda soruşdu:
- Lap elə beləcə də dedi ki, ona pul verməlisən?
Şərəbanı dedi:
- Elə demədi. Dolayısı qandırdı.
Rəhim inamla dilləndi:
- İnanmaram. O kişi təmiz adamdır. Necə qandırdı, nə dedi axı?
Şərəbanı aydınlıq gətirdi:
- Otaqdakı divanın üstündə bir torba vardı, onu göstərib dedi: “Şərəbanı, ad günümü təbrik etdiyinə görə sağ ol. Amma zəhmət çəkmisən. Hədiyyəsiz-filansız da mənim sənə hörmətim var...”
Rəhim tutuldu:
- Torba nə rəngdə idi?
Cavabında Şərəbanı dedi:
- Ağ-göy zolaqlı qəşəng bir torba idi.
Rəhim daha bərk təəccübləndi:
- Ay qız, o torbanı mən aparmışam onunçun. Təbrik edib çıxmışam.
Şərəbanı əlini əlinə vurdu:
- Görürsən? Mənə də qandırırmış ki, sən niyə mənə hədiyyə vermirsən?
Rəhim fikrə getdi. Bir qədər götür-qoy edəndən sonra dedi:
- Səndən bir şey soruşacağam, amma mənə düzünü de.
- Soruş, niyə demirəm. Həmişə mənə kömək edirsən, özü də təmənnasız. Məni burada işə sən düzəltmisən, rəisdən vəzifəmi böyütməyi də sən xahiş etmisən. Arxam da sənsən, dirəyim də, köməyim də.
- Sən mənə hədiyyə gətirmişdin. Yadındadır? Ətir, qalstuk, bir də şokolad. Bunu işdə kimə isə demisən?
Şərəbanı incidiyini açıq-aydın bildirdi:
- Məni nə hesab edirsən? Bu, çirkinlik olar. Verdiyin hədiyyəni də başqasına deyərlər?
- İndi mən sənə bir söz deyim: sənin hədiyyələrinin üstünə, bir xarici viski, bir dənə də qol saatı qoyub Hökzadəyə vermişəm. Ad gününü təbrik etmişəm. Bəs o haradan bilib ki, o ətri, o qalstuku sən almısan? Təəccüblüdür, çox təəccüblü!
Şərəbanı çiyinlərini çəkdi, and-aman elədi. Rəhim ona inandı. Yenə fikrə getdi. Sonra üzünü Şərəbanıya tutaraq dedi:
- Elə isə, bir gün mənə möhlət ver. Sabaha qədər bu sirrin üstünü açmağa çalışacağam. Amma yadında saxla. O kişi nə hədiyyə, nə də pulpərəstdir. Sabah danışarıq.
Axşam evə gələndə Rəhim arvadını yanına çağıraraq:
- Bu gün başıma bir iş gəlib, - dedi. - Ha əlləşirəm, bir şey başa düşə bilmirəm.
Səbinə:
- Yenə nə olub?
- Şərəbanı mənə ətir, qalstuk, şokolad gətirmişdi. Mən də əlavə xərc olmasın deyə onları götürüb verdim Hökmzadəyə. Lap sirri-xudadır. Bu kişi möcüzəymiş. Haradansa bilib ki, həmin hədiyyələr Şərəbanınmış. Axı bunu necə bilib? Şərəbanı and içdi ki, hədiyyələr barədə heç kimə söz deməyib.
Səbinəni gülmək tutdu:
- Hə, başa düşdüm. Bu anlaşılmazlıq mənim günahım üzündən baş verib.
Rəhim dilxor oldu:
- Necə? Hökmzadəyə sən demisən? Niyə? Məni Şərəbanıya qısqanırsan?
Səbinə dodaqlarında təbəssüm cavab verdi:
- Qısqanmaq niyə? Mən bilirəm ki, Şərəbanı sənlik deyil. Sənin zövqünü bilirəm.
Rəhimin acığı soyumaq bilmirdi:
- Bəs niyə Hökmzadəyə zəng eləmisən? Sən hara, Hökmzadə hara? Məni biabır etmək istəyirsən.
Səbinə gülməkdə davam edirdi:
- Sən həqiqəti bilmək istəyirsən?
- Əlbəttə.
- Sənə tez-tez hədiyyə verirlər. Sən də birinə hədiyyə vermək istəyəndə, onlardan hansınısa götürürsən. Fikirləşdim ki, bir gün çaşıb kiminsə hədiyyəsini özünə qaytaracaqsan, bu da yaxşı alınmayacaq.
Rəhim lal-dinməz qulaq asırdı.
- Onda belə qərara gəldim ki...
Rəhimin dinmədiyini görən Səbinə davam etdi:
- Onda belə qərara gəldim ki... Sənə hədiyyə verən adamın adını yazıb torbasının içərisinə atım. Görünür, Şərəbanının adı yazılmış kağızı götürməyi unutmuşam, hədiyyələr beləcə Hökmzadəyə çatıb. O da hədiyyələrə baxanda kağızı görüb.
Axır ki, kələfin ucu açıldı. Rəhim tez:
- Hökmzadə də elə bilib ki, vəzifəsini artırdığına görə onu təbrik edən Şərəbanı olub.
Səbinə əlavə etdi:
- Həm də Hökmzadə fikirləşib ki, Şərəbanı utandığından hədiyyəni özü deyil, səninlə göndərib...

Müəllifin bütün yazıları - Akif ABBASOV

Bütün yazarlar

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Noyabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri