Icma.az
close
up
RU
Ətirli ölüm: Elektron siqaretlər narkotikə aparan körpüdü

Ətirli ölüm: Elektron siqaretlər narkotikə aparan körpüdü

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ağ ciyərləri məhv edir, siqaretdən daha təhlükəlidir

Avstraliyada aparılan tədqiqatlara görə, elektron siqaret (vape) istifadə edən yeniyetmələrin sayı narahatedici səviyyəyə çatıb. Sosial media trendləri və dost təzyiq və təşviqi bu vərdişin yayılması və möhkəmlənməsində mühüm rol oynayır. "Şərq" xəbər verir ki, Vape istifadə edən dostlara sahib gənclərin bu vərdişə başlama riski 15 dəfə çoxdur. Valideynlərin bu verdişə mənfi mövqeyi gənclərdə istifadə ehtimalını təxminən 70 faiz azaldır. 

Yeniyetmələrin əksəriyyəti nə istifadə etdiklərini bilmir – bu nisbət 2021-də 1.8 faiz ikən, 2023-də 4.7 faizə yüksəlib. Vaping vasitəsilə THC, CBD və sintetik maddələrin istifadəsi də artıb. Hətta 12 yaşdan kiçik uşaqlarda belə hallara rast gəlinir. Təhlükələri bunlardır: Ağciyər zədələnməsi, ürək-damar xəstəlikləri, toksik kimyəvi maddələrə məruz qalmaq. Yeniyetmələr asılılıq və uzunmüddətli sağlamlıq risklərinə daha həssasdır. Tədqiqatçılar bu maddələrin ölümlə nəticələnə biləcəyini bildirir. Mütəxəssislər çağırış edir: Sosial mediada bu vərdişi “sağlam” və “dəbli” göstərən məzmunlar sərt nəzarətə alınmalıdır. Maarifləndirici kampaniyalar zəruridir.

Elektron siqaretlərdən istifadə edənlərin artdığını görmək üçün xüsusi tədqiqata nə dərəcədə ehtiyac var, deyə bilmərik, amma Bakı küçələrində, xüsusən də mərkəzi hissələrdə kiçik bir gəzinti və müşahidə yetərlidir. Nəinki gənc oğlanların, hətta yeniyetmə qızların da elektron siqaret tüstülətdiyini görürük. Elektron siqaretlər gənclərin dəb atributuna çevrilib. Elektron siqaretlərin geniş yayılmasının səbəbi isə yanlış bir fikrin - elektron siqaretlərin guya ziyansız olması, tütün tüstüsü, nikotinin birbaşa ağ ciyərlərə daxil olmaması barədə yayılan məlumatlardır. Lakin elektron siqaretlərin ətirli tüstüsünü ciyərlərinə çəkənlər onun digər siqaretlərdən daha da təhlükəli olduğunun fərqinə varmır. Mütəxəssislər isə bildirir ki, elektron siqaretlər daha təhlükəli və ölümcüldür. 


Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında qeyd etdi ki, elektron siqaretlərin tərkibində kifayət qədər kanserogen maddələr var: 


- Bu cür tütün məmulatlarında polisiklik aromatik karbohidratlar əmələ gəlir ki, bunlar da gələcəkdə insanlarda xərçəng yaranması riskini artırır. Belə iddia edilirdi ki, elektron siqaretlər siqaretin imitasiyası kimi yaradılıb, insanların siqaretə olan aludəçiliyini azaltmaq üçündür. Lakin indi araşdırmalar göstərir ki, elektron siqaretlərin tərkibindəki maddələr adi siqaretlərdən geri qalmır. Hətta təsdiq olunub ki, bunlar daha zərərlidir. Bu baxımdan genefondun sağlamlığını nəzərə alaraq, satışına, istehsalına qadağalar qoyulub. Bu qadağalar əsasən, Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığı əsasında qəbul edilir. Bu təşkilat ayrı-ayrı ölkələrdə bu cür halları izləyir, topladığı materiallardan nəticə çıxararaq qərar qəbul edir. Bütün dünyada da qəbul olunan bu qərara əməl olunması vacibdir. 

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov da “Şərq”ə açıqlamasında qeyd etdi ki, qardaş Türkiyədə elektron siqaret satışı 2008-ci ilən rəsmən qadağan edilib: 

- Təkcə Türkiyədə yox, bir çox digər ölkələrdə də elektron siqaretlər qadağandır. Çünki bu siqaretlər adilərdən dəfələrlə təhlükəlidir. Elektron siqaretlərin  tərkibində xərçəng xəstəliyi yaradan nitrozaminlər, civə, qurğuşun, nikel kimi bir çox zərərli kimyəvi maddə var. Problem bundadır ki, bəzi valideynlər də elektron siqareti zərərli saymır və övladlarının siqaret həvəsini onunla təmin etməyə icazə verirlər. Onlar səhv olaraq düşünür ki, elektron siqaret adi siqaretdən fərqlənir, zərərli deyil. Bunlar hamısı elektron siqaret tacirlərinin uydurmalarıdır. Əslində isə elektron siqaret adi siqaret qədər, hətta ondan da artıq dərəcədə zərərlidir. Sadəcə, bəziləri elektron siqareti müasirlik, dəb hesab edir, onun ətrinə, görünüşünə aldanırlar. E-siqaretlərin tərkibindəki müxtəlif kimyəvi maddələr ölümcüldür. Xüsusən də ətirli e-siqaretlər daha çox təhlükəlidir. Onların tərkibindəki e-asetat maddəsi ağ ciyərləri sıradan çıxarır. E-siqaretlər “məsum” kimi təqdim edilir, amma belə deyil. Adi siqaretlər orqanizmə hansı zərəri verirsə, bunlar da eynidir. Ətirli e-siqaretlərdə kimyəvi maddələr daha çox olduğundan zərəri də daha böyükdür. Ağ ciyər çatışmazlığına yol açır. Beyin hüceyrələrini zədələyir. Damar keçməzliyi yaradır. Xərçəng riskini artırır. Qanda qatılaşmaya və bu səbəbdən də ölümlərə əsas olur. E-siqaret alışqanlığı narkotik maddə asılılığı yaradır. E-siqaret tacirləri siqaret çəkməyənləri də “e-siqaret zərərsizdir”, deyib şirnikləndirir və insanlarda asılılıq yaradırlar. Əslindəsə siqaret asılılığını elə həmin bu e-siqaretlər yaradır. Sonra da narkotik maddə aludəçiliyi başlayır. Hesab edirəm ki, e-siqaretin 18 yaşdan aşağı olanlara satışı qadağan edilməli, lazım gələrsə, hətta e-siqaretin ölkəyə idxalına da qadağa qoyulmalıdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyul 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri