Icma.az
close
up
RU
“Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək” Layihə çərçivəsində gənclər üçün payız düşərgəsi həyata keçirilib / FOTO

“Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək” Layihə çərçivəsində gənclər üçün payız düşərgəsi həyata keçirilib / FOTO

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasınin Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024- cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində  "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi tərəfindən həyata keçirilən "Ətraf mühitin qorunmasında region gənclərinin təşəbbüslərinə dəstək" layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə füsunkar təbiətə malik Qəbələ rayonunda 01- 02-03 noyabr 2024-cü il tarixində Payız  düşərgəsi  keçirilib.

Hurrıyyet.az xəbər verir ki, düşərgənin keçirilməsində əsas məqsəd  gənclərin asudə vaxtlarını səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər vermək və “gənc təbiət dostları” şəbəkəsinin formalaşmasıdır.

Müsabiqə nəticəsində seçilmiş 20 nəfər yeniyetmə və gəncə 3 gün ərzində  ətraf mühitin qorunması istiqamətində müxtəlif maraqlı öyrənmə metodları və praktiki məşğələlər keçirilib.  Düşərgədə nəzərdə tutulan bütün fəaliyyətlər yaşıl dünya və ətraf mühitin qorunması təşəbbüsü istiqamətində aparılıb.

Düşərgədə iqlim dəyişikliyinin fəsadları üzrə mübarizədə gənclərin rolu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 və sessiyanın Azərbaycanda keçirilməsinin əhəmiyyəti , ətraf mühitin qorunması istiqamətində icra edilən layihələrdə liderlik psixoloji təlimi,  ətraf mühit layihələrinin əsas aspektləri, “Gənc təbiət dostları” şəbəkəsinin formalaşdırılması və rayonlar üzrə layihə təkliflərinin müzakirəsi,  kiçik layihə təşəbbüslərinin təqdim olunması istiqamətində təqdimatlar, müzakirələr və  qrup işləri həyata keçirilib.

Düşərgənin son günü  Qəbələ şəhərinə,  qədim Laza kəndinə, Nohurgölə,  7 gözəl şəlaləsinə, meşə massivinə  və digər maraqlı ekoloji məkanlara ekskursiyanın təşkili iştirakçı gənclərdə xoş təəsürat yaratmaqla, ətraf mühitə qarşı daha məsuliyyətli olmağın vacibliyi vurğulanıb.

İştirakçılara sertifikatların təqdim olunması və xatirə fotolarının çəkilməsi ilə düşərgə yekunlaşıb.

Hurriyyet.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Noyabr 2024 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri