Koçaryanın keçmiş mətbuat katibi və ailə üzvləri prokurorluğa çağırıldılar
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın keçmiş mətbuat katibi Viktor Soqomonyan, atası, keçmiş millət vəkili Ernest Soqomonyan və digər ailə üzvləri Baş Prokurorluğa çağırılıblar.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, onlar qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə əlaqədar çağırılıblar. Baş Prokurorluq Soqomonyanın aktivlərini 27 yanvar 2023-cü ildə araşdırmağa başlayıb.
Bundan əlavə, Baş Prokurorluğun Qanunsuz Əldə Edilmiş Əmlakın Müsadirəsi Departamenti Ermənistan fraksiyasından parlament üzvü Aqvan Vardanyanı da prokurorluğa çağırıb.
Onun oğlu Vahe Vardanyana, həyat yoldaşı Tsogik Bejanyana, qızı Ani Vardanyana və ailə üzvləri Varduhi Vardanyan və Ruben Markosyana da çağırış vərəqələri göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Dekabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















