Prezident İlham Əliyev Milli İdman Növlərinə böyük diqqət göstərir
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Milli İdman Növləri Assosasiyasının prezidenti Kazım Qurbanov: 26 dekabr 2025-ci ilin idman yekunları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir sıra idmançılar və idman mütəxəssislərini təltif etmişdir.
Təltif olunanlar sırasında Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Zorxana və Pəhləvan Güləşi üzrə idmançısı, 4 qat Avropa çempionu, dəfələrlə Dünya Kuboku və Dünya Çempionatının mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Orucov Xəyyam mənzillə təltif olunmuşdur.
Cənab İlham Əliyev Milli İdman Növlərinin inkişafına böyük önəm verərək idmançılara və mütəxəssislərə hər zaman dəstək göstərir və onların uğurlarını yüksək qiymətləndirir. Göstərilən diqqət və qayğıya görə Cənab Prezidentə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Eyni zamanda onu da qeyd etmək istərdim ki, Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Milli İdman Növlərinə və idmançılarına hər zaman böyük diqqət və qayğı göstərilir.
Azərbaycan idmançıları dövlətin dəstəyi ilə gələcəkdə də beynəlxalq arenada uğurlarını davam etdirəcək və milli idman növlərinin inkişafına töhfə verəcəklər.
Estafet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Dekabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















