Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Euronews: Nexta Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb

Euronews: Nexta Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Euronews Serbia” Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında baş vermiş yanğın və hadisə ətrafında yayılan məlumatlarla bağlı material dərc edib.

APA xəbər verir ki, “Bakı niyə sursat anbarındakı yanğınla bağlı Azərbaycana qarşı hibrid informasiya hücumu aparıldığını bildirir?” sərlövhəli materialda hadisə ilə bağlı Azərbaycan dövlət qurumlarının açıqlamaları ilə yanaşı, Polşada yerləşən Belarus müxalif media platforması “Nexta”nın yaydığı iddialara da yer verilib.

Məqalədə qeyd olunur ki, sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında partlayışlarla müşayiət olunan yanğın baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, ətrafdakı obyektlərə ziyan dəyməyib.

“Euronews Serbia” Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatına istinadla yazır ki, aidiyyəti qurumların əməkdaşları dərhal hadisə yerinə cəlb olunub, vəziyyət nəzarətə götürülüb. Təhlükəsizlik məqsədilə Nizami və Xoylu kəndlərindən təxminən 5 min sakin təxliyə edilib və həmin gün axşam onların evlərinə qayıtmasına icazə verilib.

Materialda xüsusi olaraq vurğulanır ki, Azərbaycan qurumları araşdırma davam etdiyindən yanğının səbəbi barədə hər hansı məlumat açıqlamayıb.

Bununla belə, “Nexta” kanalı hadisənin səbəbi müəyyən edilməmiş onu mümkün təxribat kimi təqdim edən material yayımlayıb.

“Hadisə yerindən rəsmi hesabatların olmamasına baxmayaraq, Polşada yerləşən Belarus müxalif media platforması Nexta ‘X’ sosial şəbəkəsində hadisənin təxribat ola biləcəyini irəli sürən material yayımlayıb”, – “Euronews Serbia” yazır.

Məqalədə diqqət çəkilən əsas məqamlardan biri “Nexta”nın bu ehtimalı təsdiqləyəcək hər hansı mənbə və ya sübut göstərməməsidir. Bildirilir ki, kanal “Azərbaycanda təxribat?” başlığı altında yaydığı materialda sursat anbarındakı yanğını Bakı-Moskva münasibətlərindəki mövcud vəziyyətlə əlaqələndirib.

“Nexta heç bir sübut təqdim etmədən, rəsmi və ya qeyri-rəsmi mənbəyə istinad etmədən sursat anbarında baş verən hadisəni Bakı ilə Moskva arasındakı münasibətlərlə əlaqələndirib və bu münasibətlərin ‘uzun müddətdir gərgin olduğunu’ bildirib”, – məqalədə qeyd olunur.

“Euronews Serbia” yazır ki, “Nexta” bu kontekstdə Azərbaycan prokurorluğunun üç Rusiya vətəndaşı barəsində beynəlxalq axtarış elan etməsini də xatırladıb. Kanal, həmçinin heç bir rəsmi açıqlamaya istinad etmədən Rusiyanın Azərbaycanın Ukraynaya gizli silah tədarük etməsindən “illərdir şübhələndiyini” iddia edib.

Məqalədə “Nexta”nın yanaşmasındakı ziddiyyətə də diqqət çəkilir. Belə ki, kanal özü yanğının səbəbinin müəyyənləşdirilmədiyini etiraf etsə də, bundan dərhal sonra hadisəni Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirib.

“Üstəlik, Nexta kanalının materialında hadisənin səbəbinin müəyyən edilmədiyi etiraf olunsa da, dərhal ardınca insident Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirilib”, – “Euronews Serbia” vurğulayır.

Məqalədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) məsələ ilə bağlı mövqeyi də geniş təqdim olunub. Agentlik “Nexta”nın yaydığı məlumatı əsaslı sübutlara deyil, subyektiv fərziyyələrə söykənən yanaşma kimi qiymətləndirib.

MEDİA bildirib ki, yanğın hadisəsinin dövlətlərarası siyasi münasibətlər kontekstində təqdim edilməsi və bunun əsasında ictimai rəyin yönləndirilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı həyata keçirilən hibrid informasiya kampaniyasının tərkib hissəsidir.

“Təhlillər göstərir ki, baş vermiş hadisə vahid mərkəzdən koordinasiya olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Öz informasiya mühitindən kənarda olan aktorları daim hibrid müharibə aparmaqda ittiham edən Qərb mediası özü Azərbaycana qarşı mütəşəkkil dezinformasiya kampaniyası həyata keçirir”, – MEDİA-nın mövqeyi “Euronews Serbia”nın materialında təqdim olunub.

Məqalədə Agentliyin son dövrlərdə Azərbaycanla bağlı oxşar yanaşmaların bir sıra Qərb media qurumlarında da müşahidə edildiyinə dair mövqeyi əksini tapıb. MEDİA belə məlumatların Azərbaycanın beynəlxalq nüfuzuna qarşı informasiya hücumunun tərkib hissəsi olduğunu bildirib.

Agentliyin mövqeyinə əsasən, “bu cür fərziyyələrin və ittihamların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Sentyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri