Euronews un xəbərləri qazax dilində də yayımlanacaq
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Euronews kanalı qazax dilində xəbərlər yayımlamağa başlayıb.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, bu barədə Euronews-un Direktorlar Şurasının sədri Pedro Varqas David Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə bildirib. Tokayev, Euronews-un hadisələri qərəzsiz şəkildə işıqlandıran və izləyicilərə etibarlı məlumat verən aparıcı qlobal media resursu kimi tanındığını qeyd edib.
Qasım-Jomart Tokayevin sözlərinə görə, 2024-cü ildə Astanada regional ofisinin açılışından bəri kanal getdikcə Qazaxıstan və Orta Asiyanın siyasi, iqtisadi və mədəni həyatı haqqında xəbərlər yayımlamağa başlayıb.
Pedro Varqas David Mərkəzi Asiya xalqları arasında ilk dəfə olaraq qazax dilinin media şəbəkəsinə daxil edildiyini deyib.
Söhbət zamanı regionun qlobal informasiya məkanına daxil olmasına və Qazaxıstanın nailiyyətlərinin beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunmasına imkan verəcək birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Euronews un rəhbəri ÇAĞIRIŞ EDİB
25 Avqust 2026 10:25
Astanada “Euronews”un regional ofisi açılıb
19 Dekabr 2024 08:45
“Euronews” niyə Bakıda…
18 Noyabr 2025 09:54
MEDİA və “Euronews”un təlimi başa çatıb
21 Noyabr 2025 00:51
Euronews un Bakı ofisinin açılış mərasimi keçirilib
18 Noyabr 2025 10:52
Baxış sayı:250
Bu xəbər 07 İyul 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















