Icma.az
close
up
RU
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq?

Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son vaxtlar daşınmaz əmlak bazarında alqı-satqı və kirayə əməliyyatlarında maklerlərlə bağlı problemlər diqqət çəkir. 

Yeni tədris ilinin yaxınlaşmasıyla tələbələrin ev axtarışı üçün Bakıya axını başlayıb. İstər behdən sonra qiymətlərin artırılması, istərsə də evi bir neçə şəxsə satmaq kimi hallarla bağlı narazılıqlar artır. Yaxın gələcəkdə sahədə şəffaflığı təmin etmək, vətəndaşların hüquqlarını qorumaq məqsədilə, maklerlərin fəaliyyətinin lisenziyalaşdırılması əsas müzakirə olunan məsələlərdəndir.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Cümhuriyət” – in suallarını cavablandırıb:

-Maklerlərin fəaliyyətinin lisenziyalaşdırılması daşınmaz əmlak bazarındakı problemləri azalda bilərmi?

- Bu, çox aktual mövzudur. Vaxtilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti müvafiq dövlət qrumlarının qarşısında belə bir təkliflə çıxış etmişdir ki, Azərbaycanda qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi məqsədilə Qiymətləndiricilər Palatası yaradılsın. Bu və başqa adla elə qurum olsun ki, onun vasitəsilə fəaliyyətə lisenziya icazəsi verilsin, imtahan keçirmək yolu ilə şəhadətnamə əldə olunsun və yalnız bu şəhadətnamə əldə edildikdən sonra qiymətləndirmə fəaliyyətinin göstərilməsinə icazə verilsin. 

Bu təklifimiz nəzərə alındı və Azərbaycan Respublikasının qiymətləndirmə fəaliyyəti haqqında yeni qanun 2023 – cü ilin 8 dekabrında Milli Məclisdə, həmin ilin 30 dekabrda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb qüvvəyə mindi. Eyni təklifi, əmlakçıların fəaliyyətinin tənzimlənməsi istiqamətində də təklif etməyi düşünürük. Çünki bu istiqamətdə də fəaliyyətin lisenziyalaşdırılmasına çox böyük ehtiyac var.

-Əmlak bazarında vəziyyəti yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?

-Əmlakçıların bəzilərini istisna etmək şərti ilə, əksəriyyəti ya qiymətləndiricidir, yəni əlavə fəaliyyət kimi, ya da digər sahələrdə fəaliyyət göstərə bilmirlər. Müvafiq xüsusiyyətlərə malik deyillər, sadəcə bu sahəni bazar fəaliyyəti kimi qəbul edirlər, ona görə də bu fəaliyyət pərakəndə fəaliyyətdir. Bir çox problemlərin ortaya çıxması bununla bağlıdır. Əmlakçılara maarifləndirən seminarlar keçirilməli, peşənin sirləri daha dərindən öyrədilməlidir. 

-Əmlak bazarında qaydasızlığa birdəfəlik necə son qoymaq olar?

-Bu sahədə lisenziyalaşma tətbiq olunmalıdır. Əmlakçılarında öz palatası olmalıdır ki, bir sıra məsələləri müəyyənləşdirsinlər. Taksi sürücüləri imtahandan keçirilir, sertifikatlar verilir. Bu sahədə də imtahanlar keçirilməlidir. Bu sahədə qanunun çərçivəsində fəaliyyət olarsa, sözügedən qeyri-qanuni problemlər yaranmayacaq. Vətəndaşlarımız əsasən ev kirayəsində, onlayn ödənişlərin tələb olunmasında aldadılır. 

Buna görə vətəndaşlara tövsiyə olunur ki, müqavilə ilə bu proses həyata keçirilsin. Ən əsas bu müqavilə rəsmi şəkildə fəaliyyət göstərən şirkətlərlə, fiziki şəxslərlə bağlansın. Bütün dünya dövlətləri hüquqi fəaliyyətə əsaslandığı, fəaliyyəti lisenziyalaşdırıldığı üçün bu sahədə sözügedən problemlərlə qarşılaşmaq olmur. Bizdə isə əksinə bu sahə nəzarətdən kənar qalıb, bu səbəbdən çox ciddi problemlər var. Güman edirəm ki, zaman keçdikcə bu problemlərin aradan qaldırılması mümkün olacaq. 

Gülər
"Cebheinfo.az" 

Açar sözlər: makler daşınmaz əmlak Vüqar Oruc

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri