Icma.az
close
up
RU
Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya...

Ev bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya...

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bakının ətraf qəsəbə və yaşayış massivlərində həyət evlərinin qiymətlərində ucuşlaşma müşahidə olunur.

Belə ki, “kupça”sız evlərin qiyməti ucuzlaşıb, “kupça”lı mənzillərin qiyməti isə bahalaşıb. Xocasən, Sulutəpə, Xırdalan, Hökməli, Qobu və Lökbatan kimi ərazilərdə həm də kütləvi satışa çıxarılan evlərin sayında artım qeydə alınıb. “Makler”lərin məlumatına görə, satışa çıxarılan və qiyməti ucuzlaşan evlər əsasən bələdiyyə sənədi ilə tikilən “kupça”sız” evlərdir.

Bildirilib ki, Keşlədə dəmiryolu yaxınlığında sənədsiz evlərin sökülməsi və kompensasiya ödənilməməsi ilə bağlı xəbərlər sakinlər arasında narahatlıq yaradıb. Sənədsiz ev sahibləri eyni aqibəti yaşayacaqlarını düşündüklərindən, belə evləri hətta ilkin ödəniş və kredit şərtləri ilə satmağa razıdırlar. Amma qiymət münasib olsa da, satış çox zəifdir.

Çünki hazırda heç kim “kupça”sız ev almaq riskinə girmək istəmir.

Ümumiyyətlə, ev bazarında nə baş verir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, son illərin statistikasına görə, daşınmaz əmlak bazarında satılan evlərin əksəriyyəti kredit şərtləri, xüsusilə ipoteka yolu ilə əldə olunur.

Onun sözlərinə görə, bu fakt alıcıların daha çox çıxarışlı mənzillərə üstünlük verdiyini göstərir:

“Son 3 ilin statistikasına nəzər salsaq, daşınmaz əmlak bazarında satılan evlərin böyük bir hissəsinin müxtəlif kredit şərtləri, xüsusilə ipoteka krediti ilə satıldığını görərik. Bu isə onu deməyə əsas verir ki, alıcıların təlabatı və marağı əsasən daha çox çıxarışlı mənzillərə yönəlib. Çünki həmin mənzillər nağd ödənişlə deyil, daha çox kredit vasitəsilə satılır. Hazırda ölkə üzrə, xüsusən Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışı olmayan fərdi həyət evi və müxtəlif növ əmlak var. Onların çıxarışının olmaması səbəbindən rəsmi qaydada alqı-satqı aparmaq mümkün deyil. Rəsmi qaydada alqı-satqı olmadığı üçün belə evlər yalnız qarşılıqlı razılaşma, müqavilə və ya etibarnamə yolu ilə satılır. Artıq sənədləşmə prosesinə nəzər salsaq, hər hansı əmlak rəsmiləşdirilərkən ilk növbədə həmin mülkə vaxtında verilmiş çıxarış, sərəncam və digər hüquqi sənədlər əsas götürülür. Əgər sənədləşmələr başlayarsa, təbii ki, həmin sənədləşmələr ilk növbədə ilkin sənəd verilən şəxsin adına aparılmalıdır. Bu səbəbdən, əgər torpaq sahəsi və ya ev bir şəxsin adına rəsmiləşdirilibsə, qanunauyğun olaraq həmin mülk başqa şəxsin deyil, yalnız ilkin sahibin adına sənədləşdirilə bilər. Bu da gələcəkdə ciddi problemlərə yol açır”. 
 

Elnur Fərzəliyev qeyd edib ki, çıxarışsız evlərin sahibləri ipoteka krediti ilə mənzil ala və həmin ünvana qeydiyyata düşə bilmirlər: “Bu baxımdan, alıcılar çıxarışsız əmlakı ipoteka krediti ilə ala, həmin ünvana qeydiyyata düşə bilmirlər. Bundan başqa, gələcəkdə söküntü işləri aparılarsa, kompensasiya məsələlərində də problemlərlə üzləşə bilərlər. Bu səbəbə görə alıcıların böyük əksəriyyəti artıq çıxarışlı evlərə üstünlük verir. Bu da “kupça”sız evlərə tələbatın azalmasına və qiymətlərin enməsinə gətirib çıxarıb. Digər tərəfdən, 2023-cü ilin oktyabrından qüvvəyə minən yeni qaydalara əsasən, çıxarışı olmayan torpaq sahələrində tikilən fərdi yaşayış evlərinə qaz, su, işıq və digər kommunal xidmətlər göstərilmir. Bu da sənədsiz torpaqlara marağın azalmasına və nəticədə onların qiymətlərinin nisbətən düşməsinə səbəb olub”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Avqust 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri