Icma.az
close
up
RU
Ev heyvanları uşaqlar üçün nə qədər təhlükəlidir? həkimdən XƏBƏRDARLIQ

Ev heyvanları uşaqlar üçün nə qədər təhlükəlidir? həkimdən XƏBƏRDARLIQ

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Bu gün bir çox evdə ev heyvanları (it, pişik və s.) saxlanılır. Əksər hallarda körpələr bu heyvanlarla ünsiyyətdə böyüyürlər. Maraq doğuran sual isə budur: həmin heyvanlardan uşaqlara hansı xəstəliklər keçə bilər?

Ev heyvanı saxlayan valideynlərə hansı xəbərdarlıqları etmək olar?

Moderator.az xəbər verir ki, pediatr Şəlalə Poluxova mövzu ilə bağlı AzEdu.az-a danışıb.

O bildirib ki, 5 yaşa qədər uşaqlarda immun sistemi tam formalaşmadığı üçün onlar infeksiyalara daha həssas olurlar:

“İlk növbədə onu qeyd edim ki, evdə heyvan saxlamaq təhlükəli deyil. Sadəcə bəzi xəstəliklərin və infeksiyaların yayılma riski mövcuddur. Lakin bu riski minimuma endirmək mümkündür və bunun üçün müəyyən qaydalara riayət olunmalıdır.

Heyvanlardan insanlara keçən xəstəliklər zoonoz xəstəliklər adlanır və antroponoz xəstəliklərdən fərqlənir. Xüsusilə azyaşlı uşaqlar bu baxımdan daha həssasdırlar. Ən çox rast gəlinən xəstəliklərdən biri toksoplazmozdur. Bu xəstəlik əsasən ev pişikləri vasitəsilə yayılır və xüsusilə onların nəcisilə təmas zamanı yoluxma baş verir. Hamilə qadınlar və körpələr üçün bu xəstəlik daha risklidir.

Bundan əlavə, nadir hallarda da olsa quduzluq xəstəliyi müşahidə oluna bilər. Bu xəstəlik yoluxmuş heyvanın dişləməsi nəticəsində ağız seliyi vasitəsilə keçir və olduqca təhlükəlidir. Eyni zamanda parazitar xəstəliklər – gənələr, qoturluq, bitlər və qurdlar - heyvanlar vasitəsilə yayıla bilər. Pişik və itlərdən dəri göbələk infeksiyaları (dermatofitoz) da keçə bilər ki, bu zaman dəridə ləkələr əmələ gəlir. Salmonella kimi infeksiyalar isə gigiyena qaydalarına əməl edilmədikdə heyvanın ifrazatı ilə təmasdan sonra asanlıqla ötürülə bilər”.

Həkim vurğulayıb ki, evdə heyvan saxlanılırsa, gigiyena qaydalarına ciddi əməl olunmalıdır:

“Heyvan mütəmadi olaraq baytar nəzarətində olmalı, peyvəndləri və parazit əleyhinə müalicələri vaxtında aparılmalıdır. Uşaqlara heyvanla təmasdan sonra əllərini yumaq vərdişi aşılanmalıdır. Heyvanların qabları insan qablarından ayrı saxlanılmalı, ev mühiti daim təmiz olmalıdır.

Əgər uşağın əli heyvanın nəcisilə və ya ağız nahiyəsi ilə təmas edibsə, dərhal gigiyenik tədbirlər görülməlidir. Eyni zamanda uşağın heyvan tərəfindən dişlənməsi və ya cızılmasının qarşısı alınmalıdır. Risk qruplarına immun sistemi zəif olan şəxslər, 5 yaşdan kiçik uşaqlar və hamilə qadınlar daxildir və onlara qarşı xüsusi diqqət göstərilməlidir”.

Sonda mütəxəssis qeyd edib ki, düzgün yanaşma olduqda ev heyvanlarının uşaqların sosial və emosional inkişafına müsbət təsiri var:

“Bu, elmi olaraq da sübut olunub. Lakin infeksiya riskləri də nəzərə alınmalıdır. Ümumilikdə, ev heyvanları uşaqların inkişafında mühüm rol oynayır. Amma gigiyena qaydalarına əməl etmək, heyvanı mütəmadi baytar nəzarətində saxlamaq və valideyn nəzarətini təmin etmək vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Aprel 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri