“Ev məsələsinə görə mənimlə düşmənçilik etdilər” Zahid Sarıtorpaq istefasının səbəblərini açıqladı
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Dərinə getsək, mən 37 ildə AYB-də o qapını heç 37 dəfə də açmamışam”.
Bu sözləri Bakupost.az -a açıqlamasında yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verməsinin səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, AYB-də onun adından saxta zəmanət hazırlanaraq üzvlüyə qəbul edilən şəxsə Bakıda evi ola-ola mənzil verilib:
“İki dəfə ərizəmi siliblər. 2012-ci ildən bəri “ərizən yoxdur” deyirlər. Kirayələrdə yaşayan bir adam olmuşam. Elə indi də kirayədəyəm. Bu adamlardan özümə qarşı gördüyüm haqsızlığa görə istefa vermişəm.
Ev verdikləri adamlar da yazılarını ortaya qoysunlar, Zahid Sarıtorpaq da, müzakirə edək, baxaq görək kim hansı səviyyədə yazıçıdır. Söhbət bundan gedir. Konkret şeylər demirəm, amma buna görə oradan üz döndərməli oldum. Yoxsa beş illiyin ödənişi nə olan şeydir ki? Hardasa 75–90 manat puldur, ödəyərdim də, oturardım da. Sadəcə elə fikirləşdim ki, yaxşısı budur, buradan birdəfəlik gedim, vəssalam. Orada konkret adamlar var ki, həmişə mənə qarşı düşmənçilik aparıblar. Mən televiziyaya da çıxmışam və həmin adamları yerinə oturtmuşam. 2012-ci ildə ev məsələsi ilə bağlı mənimlə debat etmişdilər. Ondan sonra da mənə qarşı düşmənçilik aparmağa başladılar. Məsələ budur”.
Lalə Novruz,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















