Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Ev nədir? Məryəm Bağırova yazır

Ev nədir? Məryəm Bağırova yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məryəm Bağırova

İnsan dünyanın ən böyük şəhərində, ən möhtəşəm evdə yaşaya bilər. Yüzlərlə dostu, uğurlu karyerası və hər kəsin həsəd apardığı bir həyatı ola bilər. Amma bunlar bəzən yalnız vitrindən ibarətdir. Çünki aidiyyət hissi nə evin böyüklüyü, nə maddi imkanlar, nə də ətrafımızdakı insanların sayı ilə ölçülür. 

Psixologiyada aidiyyət hissi insanın əsas emosional ehtiyaclarından biri hesab olunur. İnsan yalnız yaşamaq deyil, qəbul olunmaq, başa düşülmək, dəyərli hiss etmək və hansısa yerə, insana və ya qrupa məxsus olduğunu duymaq istəyir. Bu ehtiyac qarşılanmadıqda insan özünü ən gur izdihamın içində belə tənha hiss edə bilər. Bu gün bir çox insanın yaşadığı, lakin bəzən adını belə qoya bilmədiyi hiss də məhz budur: heç bir yerə aid olmamaq. Bunun səbəbləri müxtəlif ola bilər: uşaqlıqda emosional bağların zəif qurulması, rədd edilmə təcrübələri, tez-tez mühit dəyişmək, travmatik yaşantılar, psixoloji çətinliklər, özünü qəbul etməkdə çətinlik və ya uzun müddət davam edən mənəvi boşluq. Bəzən isə insan özünü başqalarının gözündə axtardığı üçün öz daxilində heç vaxt “ev” tapa bilmir. Halbuki aid olmaq sadəcə bir məkan tapmaq deyil. Aid olmaq insanın özünü olduğu kimi qəbul edə bildiyi, rol oynamağa və özünü kiməsə sübut etməyə ehtiyac duymadığı bir hissdir. Buna görə də bəzən axtardığımız ev xəritələrdə deyil, insanın öz daxilində qurduğu təhlükəsiz məkandadır. 

Van Qoq bu gün dünya incəsənətinin ən böyük dahilərindən biri hesab olunur. Lakin bu şöhrət ona sağlığında qismət olmadı. O, maddi çətinliklərlə yaşadı, müxtəlif şəhərlərə köçdü, fərqli peşələr sınadı və həyatının böyük bir hissəsində özünü cəmiyyətə tam mənada qəbul olunmuş hiss etmədi. Qardaşı Teoya yazdığı məktublarda tənhalıq, anlaşılmaq ehtiyacı, sənət və həyat haqqında düşüncələrinə tez-tez rast gəlmək mümkündür. Van Qoq Niderlanddan Belçikaya, daha sonra Fransaya köçdü. Parisdə yaşadı, ardınca Arla getdi. Arlda sənətkarların bir araya gəldiyi, birlikdə yaradıcılıq etdiyi bir mühit qurmaq arzusunda idi. “Sarı Ev” də onun üçün sadəcə yaşayış yeri deyildi, orada sənətkar dostları ilə birlikdə yaşamaq və yaradıcılıqla məşğul olmaq istəyirdi. Lakin bu arzu uzun sürmədi, münasibətlərindəki gərginliklər və şəxsi çətinliklər onun həyatını daha da ağırlaşdırdı. Bu gün milyonlarla insan Van Qoqun əsərlərinə heyranlıqla baxır. Onun rəsmləri dünyanın ən böyük muzeylərində nümayiş olunur. Lakin onun həyatı bizə paradoksal bir həqiqəti xatırladır: insan dünyanın ən gözəl mənzərələrini görə, hətta onları sənət əsərinə çevirə bilər, amma yenə də öz daxilində bir “ev” tapa bilməyə bilər. Bəlkə də insanın ən çətin axtarışı yeni bir şəhər tapmaq deyil, özünü rahat və təhlükəsiz hiss edəcəyi daxili məkanı qurmaqdır.

Franz Kafkanın ailə münasibətləri, xüsusilə atası Hermann Kafka ilə mürəkkəb münasibəti də həyatında mühüm iz buraxmışdı. “Ataya məktub” əsərində atasının qarşısında özünü kiçik və gücsüz hiss etdiyini açıq şəkildə ifadə edirdi. Bu münasibətin onun özünə münasibətinə və daxili dünyasına təsir etdiyi görünür. Kafka hüquq təhsili almış, daha sonra sığorta sahəsində çalışmışdı. Gün ərzində iş həyatının rəsmi və monoton dünyasında yaşayır, gecələr isə yazırdı. Yazmaq onun üçün sadəcə məşğuliyyət deyildi, özünü ifadə edə bildiyi ən mühüm sahələrdən biri idi. O, gündəliklərində və məktublarında ədəbiyyata olan bağlılığını dəfələrlə ifadə edirdi. Bununla belə, öz yaradıcılığına qarşı son dərəcə tələbkar idi və ölümündən sonra əsərlərinin məhv edilməsini istəyirdi. Dostu Maks Brod isə bu istəyinə əməl etmədi və Kafka yaradıcılığının böyük hissəsinin gələcək nəsillərə çatmasını təmin etdi. 

“Metamorfoz”da Qreqor Samsa bir səhər nəhəng həşərata çevrilmiş halda oyanır. Əsərin ən sarsıdıcı tərəfi onun dəyişməsi deyil, dəyişdikdən sonra öz evində belə yad və arzuolunmaz birinə çevrilməsidir. O, fiziki olaraq ailəsinin yanındadır, amma mənəvi olaraq onlardan uzaqlaşdırılır. “Qəsr”də isə Kafkanın bütün səyləri bir yerə çatmaq, qəbul edilmək və tanınmaq ətrafında cəmlənir, lakin həmin qapı ona heç vaxt tam açılmır. Kafkanın qəhrəmanları sanki daim bir ünvan axtarırlar, lakin həmin ünvanın harada olduğunu özləri də bilmirlər. Bəlkə də məhz buna görə Kafka bu gün də oxucuya bu qədər yaxındır. Çünki onun əsərlərində yalnız bir insanın və ya bir dövrün problemi deyil, insanın özü ilə dünya arasındakı məsafə var. İnsan bəzən nə qədər çalışsa da, özünü yaşadığı həyata sığışdıra bilmir və bu hiss mütləq tək qalmaq demək deyil. İnsan ailəsinin, dostlarının, həmkarlarının arasında ola-ola da daxilən evsiz qala bilər. Van Qoq və Kafka bir çox cəhətdən fərqli həyat yaşamışdılar. Biri rənglərlə, digəri sözlərlə öz daxili dünyasını ifadə edirdi. Lakin hər ikisinin hekayəsində oxşar bir paradoks görünür: bu gün dünya onları böyük dahilər kimi qəbul edir, amma yaşadıqları dövrdə onlar öz dəyərlərini və yerlərini tam hiss edə bilmədilər. Onların həyatları bizə göstərir ki, insanın dünyadakı dəyəri ilə öz daxilində hiss etdiyi dəyər arasında böyük fərq yarana bilər. Bəzən bütün dünya səni illər sonra anlaya bilər, amma insanın ən ağrılı sualı həmin anlayışdan əvvəl gəlir: “Mən özüm haraya aidəm?”

Müasir insanın aidiyyətsizlik hissi də bəzən məhz bu daxili sualdan doğur. İnsan başqa şəhərə köçməklə, yeni insanlarla tanış olmaqla və ya həyatını tamamilə dəyişməklə hər şeyin düzələcəyini düşünə bilər. Bəzən mühit dəyişikliyi həqiqətən insana yeni imkanlar verir. Lakin daxildə həll olunmamış məsələlər varsa, insan onları özü ilə birlikdə yeni həyata da aparır. Dünyanın ən uzaq nöqtəsinə getmək mümkündür, amma öz düşüncələrindən  uzaqlaşmaq mümkün deyil. Bəlkə də insanın həyat boyu axtardığı “ev” konkret bir ünvan deyil. O, insanın özünü təhlükəsiz, qəbul olunmuş, rahat və xoşbəxt hiss etdiyi yerdir. Bəzən bu yer bir şəhər, bəzən bir insan, bəzən bir peşə, bəzən də insanın öz daxilində yaratdığı sakitlik ola bilər.

Nəticə etibarilə, insan ömrü boyu müxtəlif ünvanlar dəyişə, fərqli şəhərlərdə yaşaya, saysız-hesabsız insan tanıya bilər. Lakin həyatın ən böyük uğuru nə var-dövlət toplamaq, nə şöhrət qazanmaq, nə də dünyanın bütün yollarını keçməkdir. Bəlkə də bu həyatda ən gözəl duyğu nəhayət öz evinə çatmaqdır. Çünki ev bir ünvan deyil, bir hissdir, bir duyğudur. Ev özünü olduğun kimi qəbul edilmiş, təhlükəsiz və xoşbəxt hiss etdiyin, rol oynamağa, özünü gizlətməyə və olduğundan başqa biri olmağa ehtiyac duymadığın yerdir. İnsan öz daxilində belə bir ev qura bilmədikcə, dünyanın ən gözəl sarayında belə qərib qala bilər. Özünü tapan insan isə bəzən kiçik bir otaqda belə bütün kainata aid olduğunu hiss edə bilər. Bəlkə də həyatın ən böyük məqsədi harasa çatmaq deyil, bütün axtarışların sonunda özünə çatmaqdır. Və bütün yolların sonunda insanın deyə biləcəyi ən gözəl cümlə bəlkə də budur: “Mən evimdəyəm”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:772
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Avqust 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri