Icma.az
close
up
RU
Ev pişiyi yeni virusun kəşfində rol oynayıb ARAŞDIRMA

Ev pişiyi yeni virusun kəşfində rol oynayıb ARAŞDIRMA

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 iyul, AZƏRTAC

Florida Universitetinin tədqiqatçıları tərəfindən aparılan son araşdırmada ev pişiyi Pepperin iştirakı ilə daha bir yeni virus, ortoreovirus ştammı aşkar edilib. Bu hadisə ev heyvanlarının virusologiya sahəsində qeyri-adi, lakin getdikcə artan rolunu bir daha gündəmə gətirib.

AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, Florida Universitetinin virusoloqu, professor Con Lednikinin rəhbərlik etdiyi qrup, Pepperin ölü iti laboratoriyaya gətirməsi ilə bu nadir virusu müəyyən edib. Əvvəllər zərərsiz hesab edilən ortoreovirusların insan və heyvanlarda ciddi xəstəliklərlə əlaqələndirilə biləcəyi bildirilir. Bu yeni ştammın tam genomik ardıcıllığı “Microbiology Resource Announcements” jurnalında dərc olunub və o, “Gainesville məməli ortoreovirus növü UF-1” adlandırılıb.

Aparıcı tədqiqatçılardan biri və doktorantı Emili De Ruyter qeyd edib ki, bu virus əvvəllər “yetim virus”, yəni xəstəliklərlə əlaqələndirilməyən, ancaq müxtəlif məməlilərdə müşahidə olunan viruslar sırasına aid edilirdi. Lakin son illərdə ortoreovirusların mərkəzi sinir sistemi, tənəffüs və mədə-bağırsaq xəstəliklərində mümkün rolu ilə bağlı sübutlar ortaya çıxmaqdadır.

Dr. Ledniki bildirib ki, ortoreoviruslar genetik müxtəlifliyə meyilli olmaqla yanaşı, digər viruslarla genetik rekombinasiya edərək yeni və potensial təhlükəli virus növləri yarada bilirlər. Bu da onların nəzarət və araşdırma altında saxlanmasının vacibliyini göstərir. Ledniki 2019-cu ildə marallarda ilk ortoreovirus ştammını təcrid etdiklərini, həmin virusun genetik baxımdan Çində becərilən mink və Yaponiyada ölümcül xəstələnmiş aslanda tapılan viruslarla oxşarlıq təşkil etdiyini vurğulayıb. Bu da virusların qlobal miqyasda yayılma və keçid mexanizmləri barədə ciddi suallar doğurur. Müxtəlif coğrafiyalarda eyni virusların müşahidə olunması, bəzi hallarda heyvan yemlərinin eyni istehsalçıdan gəlməsi ilə izah olunur.

Tədqiqat qrupu növbəti mərhələdə UF-1 virusunun insanlara, vəhşi təbiətə və ev heyvanlarına potensial təsirlərini daha yaxından öyrənmək üçün seroloji və immunoloji tədqiqatlar aparmağı planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri