Icma.az
close
up
RU
Ev sahibi olmağın ən sərfəli yolu budur Cəmi 1015 min manat...

Ev sahibi olmağın ən sərfəli yolu budur Cəmi 1015 min manat...

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Sifarişlə ev tikintisi ilə məşğul olan şirkətlərin sayı kəskin sürətdə artıb. Hazırda Bakıda və Abşeronda müxtəlif qəsəbələrdə bu işlə məşğul olan çox sayıda realtor və sahibkar fəaliyyət göstərməkdədir.

"Yeni Sabah" sözügedən şirkətlərin təklif etdiyi şərtləri və göstərdiyi xidmətləri araşdırıb.

Elan saytlarında və ev tikintisi ilə məşğul olan tikinti şirkətlərinin sosial şəbəkə səhifələrində müxtəlif şərtlərdə təkliflərə rast gəlmək mümkündür. Evlərin tikintisi və təmir-dizayn işləri müştərilərin zövqünə görə aparılır.

Elanlara nəzər saldıqda, qiymət və təkliflərin müxtəlif olduğunu görmək olar. Məsələn, tikinti sifarişləri ilə məşğul olan şirkətlərin biri 50 kvadratmetr sahəsi olan 2 otaqlı həyət evini ilkin ödəniş 5 min manat olmaqla, 46 ay ərzində 800 manata təklif edir.

Ev 12 aya təhvil verilir. Şirkətlərin bəzilərində ilkin ödəniş məbləği 25-30 min manatdək artır. Görünən odur ki, ilkin ödənişin yüksək olması aylıq kredit məbləğlərində və evin ümumi qiymətində müəyyən güzəştləri təmin edir.

Əmlak ekspertləri vətəndaşlara əməkdaşlıq edəcəkləri şirkətləri öncədən araşdırmağı tövsiyə edir. Bəzi hallarda hansısa şirkət evi təhvil vermədən və yaxud müqavilə müddəti bitmədən ləğv edilə yaxud müflis ola bilər. Bu kimi səbəblərdən tikintini icra edəcək şirkətin adı və fəaliyyət tarixçəsinə baxmaq olduqca önəmlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Harvardda proqram keçib, 4 dil bilir Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası

28 Sentyabr 2026 21:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı

28 Sentyabr 2026 22:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri