“EV” şarj cihazlarının rəsmi distribütoru hakim qarşısında
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin avtomobil markası olan “BYD”, eləcə də “Luobinsen” şirkətinin “EV” şarj cihazlarının rəsmi distribütoru "Electrify Azerbaijan" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix məlum olub.
Pravda.az-ın xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyi ilə fevralın 12-də baxılacaq.
Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Cabir Həsənov


