Icma.az
close
up
RU
Ev, yoxsa iş? Əmlak bazarı canlanır, kiçik biznes uduzur

Ev, yoxsa iş? Əmlak bazarı canlanır, kiçik biznes uduzur

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük şəhərlərdə mənzil qiymətlərinin kəskin artımı sosial və iqtisadi sahələrdə dərin təsirlər yaradır. Yüksək kirayə haqları təkcə vətəndaşların yaşayış şəraitini çətinləşdirmir, həm də kiçik və orta sahibkarlığın inkişafını, əmək bazarının sabitliyini və ümumilikdə iqtisadi rəqabət mühitini zəiflədir.

Son illər böyük şəhərlərdə mənzil qiymətlərinin sürətlə artması həm sosial, həm də iqtisadi sahədə müxtəlif təsirlər yaradır. Bahalı mənzillər yalnız əmlak sektoruna deyil, digər sahələrə, xüsusilə də kiçik və orta sahibkarlığa, xidmət sektoruna və əmək bazarına da ciddi şəkildə təsir göstərir.

2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin aprel ayında 1 otaqlı mənzilin aylıq kirayəsi 400 manatdan 500 manata, 2 otaqlı mənzilin kirayəsi 500 manatdan 600 manata, 3 otaqlı mənzilin kirayəsi isə 600 manatdan 700 manata yüksəlib.

Hazırda orta aylıq əmək haqqı təxminən 1083 manatdır. Bu, mənzil kirayəsi və digər yaşayış xərcləri ilə müqayisədə aşağı göstərici sayılır.

Bəzi ölkələrdə məsələn, ABŞ və Kanada, mənzil kirayəsinin gəlirin 30 faizdən çoxunu təşkil etməsi "mənzil stressi" olaraq qəbul edilir

Mənzil qiymətlərinin yüksək olması şəhərlərdə çalışan orta və aşağı gəlirli işçilər üçün yaşayışı çətinləşdirir. Bahalı yaşayış xərcləri səbəbilə bir çox işçi şəhər mərkəzlərindən kənara köçür.

Sahibkarlar bahalı mərkəzləri tərk edir

Eyni zamanda işçilər artan yaşayış xərclərini qarşılamaq üçün daha yüksək maaş tələb edirlər, bu da bizneslərin əməliyyat xərclərini yüksəldir.

Bahalı mənzillərin olduğu ərazilərdə kirayə haqları yüksəldikcə kiçik və orta sahibkarlar üçün bu yerlərdə fəaliyyət göstərmək çətinləşir.

Əmlak alqı-satqısı ilə məşğul olan Azad İbrahimov Modern.az-a deyir ki, ofis və ticarət obyektlərinin icarə haqları yüksəldiyi üçün bir çox sahibkarlar şəhər mərkəzindən kənara köçməli olur:

“Son vaxtlar Bakıda evlərin  və obyektlərin qiyməti çox artıb. Bu da həm alıcılar, həm də kirayə götürənlər üçün çətinlik yaradır. İnsanlar evləri yaşamaq üçün yox, gəlir qazanmaq üçün alırlar. Bizə müraciət edən sahibkarlar deyirlər ki, şəhər mərkəzində münasib qiymətə ofis tapmaq çətindir və qiymətlər çox yüksəkdir. Ona görə də ya iş açmaqdan imtina edirlər, ya da mərkəzdən uzaq yerlərə köçürlər. Düşünürəm ki, dövlət bu sahəyə nəzarəti artırmalı və bəzi qaydalar qoymalıdır ki, vəziyyət daha da pisləşməsin.”

Böyük şəhərlərdə də eyni problem...

Bahalı ərazilərdə yer tapmaq çətinləşdiyindən bu boşluğu böyük şəbəkələrə malik mağazalar doldurur.

Üstəlik əmlakın qiymətinin artması daşınmaz əmlakı sabit gəlir mənbəyi kimi görən investorların sayını artırıb. Əmlak bazarına yönələn kapital digər sahələrə, xüsusən də istehsal və xidmət sektorlarına sərmayə qoyuluşunu azaldıb. Bu isə uzunmüddətli iqtisadi inkişafı məhdudlaşdıra bilər.

Britaniyanın tanınmış mətbu orqanlarından olan "The Guardian" mənzil bazarında qiymət artımının həm sosial, həm də iqtisadi fəsadlar doğurduğunu bildirir.  Qəzetin araşdırmasına görə  yüksək mənzil və kirayə qiymətləri işçi qüvvəsinin şəhər mərkəzlərindən kənara çıxmasına səbəb olur. Bu da xüsusilə xidmət sahəsində fəaliyyət göstərən sahuibkarlar üçün ciddi risk yaradır. Məqalədə deyilir: “Yüksək kirayə haqları səbəbilə bir çox insan şəhərdən uzaq ərazilərə köçməyə məcbur qalır. Bu isə restoranlar, mağazalar və gündəlik xidmət sektorunda kadr çatışmazlığına səbəb olur. İşçi qüvvəsinin əlçatan olmaması, bizneslərin sabit fəaliyyətinə mənfi təsir edir və uzunmüddətli iqtisadi sabitliyi təhlükə altına alır.”

Faster Capital platformasının araşdırmasına görə  əlçatmaz mənzil qiymətləri, kiçik bizneslərin inkişaf imkanlarını məhdudlaşdırır: “Yüksək kirayə haqları və əmlak qiymətləri sahibkarlar  üçün ciddi maneədir. Kiçik sahibkarlar ofis və ya ticarət məkanı kirayələməkdə çətinlik çəkirlər. Nəticədə, ya fəaliyyətə başlamırlar, ya da daha az müştəri potensialı olan yerlərə köçürlər. Bu da onların bazarda yaşamaq və inkişaf etmək ehtimalını azaldır.”

FasterCapital əlavə edir ki, bu vəziyyət eyni zamanda iqtisadi rəqabəti azaldır və bazarın şaxələnməsinə mənfi təsir göstərir. Çünki yalnız böyük kapitala malik müəssisələr bahalı mərkəzi ərazilərdə qalmağa davam edə bilir.

Strutt & Parker tərəfindən aparılan bir araşdırmaya görə, Böyük Britaniyada biznes sahiblərinin 74 faizi yüksək mənzil qiymətlərinin bizneslərinə mənfi təsir etdiyini bildirir. Bu əmək haqqı xərclərinin artmasına, işçi çatışmazlığına və genişlənmə imkanlarının məhdudlaşmasına səbəb olur

Birləşmiş Ərəb Əmirliklərində, xüsusilə Dubayda yüksək yaşayış xərcləri kiçik bizneslərin fəaliyyətinə mənfi təsir göstərir. Əməkdaşların yaşayış xərclərinin 50 faiz artması şirkətlərin mənfəətini 15-20 faiz azaldıb .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 May 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri