Evakuatorla motosikletçini vuraraq öldürən sürücü ilə bağlı QƏRAR
Icma.az bildirir, Pravda.az-ə istinadən Evakuatorla motosikletçini vuraraq öldürən sürücü ilə bağlı QƏRAR.
Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Əkbər Balayevin (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 15 iyun 2024-cü il tarixdə, saat 21:31-də paytaxtın Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə Ceyhun Həsənov küçəsində qeydə alınıb.
Belə ki, Əkbər Balayevin etibarnamə əsasında idarə etdiyi “İsuzu NQR 71 R” markalı avtomobillə hərəkətdə olarkən zərərçəkmiş Kənan Murtuzayevin idarə etdiyi “Tufan S150” markalı motosikleti maşının qabaq sağ hissəsi ilə vurub. Nəticədə Kənan Murtuzayev xəstəxanada ölüb.
Hadisədən sonra Əkbər Balayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd: Əkbər Balayev qəza törətdiyi avtomobillə 3 ilə yaxındır ki, evakuator sürücüsü kimi işləyir.
Kamal Məmmədov

