Icma.az
close
up
RU
Qədim yurd yerlərimiz bizi gözləyir

Qədim yurd yerlərimiz bizi gözləyir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycandan Bərdə rayonuna deportasiya olunmuş soydaşlarımız söhbət zamanı bildirdilər ki, onlar Qarabağ zəfərindən sonra başlanan sülh prosesinin yekununda öz əzəli yurdlarına qayıdacaqlarını səbirsizliklə gözləyirlər. Rayon ziyalısı Samir Nəcəfov XQ-yə aşağıdakıları söylədi:

– Mənim valideynlərim 1948–1953-cü illərdə Qərbi Azərbaycanın Vedi rayonunun Şüqaib kəndindən Azərbaycanın Salyan rayonuna deportasiya olunmuş, sonralar Bərdə rayonuna köçmüşlər. Onlar Qərbi Azərbaycanın Dəvəli dəmiryolu stansiyasından yük vaqonları ilə, çox çətin şəraitdə köçürülmüşlər. Vaqonun bir tərəfində mal-qara, digər tərəfində insanlar bir neçə gün yol gəlmişlər. Bəzi insanlar yolda dünyasını dəyişmişdir.

Şüqaib adı türk dillərindəki konusvari zirvə mənasında işlənən “şoku” sözündən formalaşmışdır. Şüqaib keçmiş İrəvan quberniyasının İrəvan qəzasında Vedi (sonralar ermənilər Ararat adlandırıblar) rayonunun ərazisində səfalı bir məkan olmuşdur. Qafqazın 5 verstlik xəritəsində kənd göstərilmişdir. Şüqaibdə 1886-cı ildə 109 nəfər, 1897-ci ildə 163 nəfər, 1914-cü ildə 200 nəfər Azərbaycan türkü yaşamışdır.

1918-ci ildə kənd əhalisi erməni-rus birləşmələrinin hücumuna məruz qalmışdır. Həmin vaxt insanlar kütləvi qətlə yetirilmiş, sağ qalanlar isə kəndi tərk etmişlər. Sonralar didərgin düşən sakinlər yenidən kəndə qayıtmışlar. 1922-ci ildə kənddə 44 nəfər, 1926-da 35 nəfər, 1931-ci ildə 47 nəfər azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kənd sakinləri tamamilə deportasiya olunmuşdur. Köçürmədən qısa müddət sonra atamın əmisi Qurban və nənəsi Tərlan istiyə dözməyərək vəfat etmişlər. Qeyd etmək lazımdır ki, ata nənəm və babam Göyçə mahalının Mədinə kəndində yaşamışlar. Daşnaklar hücum edərək insanlara divan tutmuş, kəndi tamamilə darmadağın etmişlər. Bundan sonra onlar Vedi rayonunun Zimmi kəndinə, oradan isə Yelicə kəndinə köçmüşlər.

1986-cı ildə 6 yaşım olarkən atamla Göyçə mahalına getmişəm. Hələ də füsunkar gözəlliyə malik olan, nəğməli Göyçə gölü, meşələr, dağlar, buz bulaqlar xatirimdən silinmir. Valideynlərim və qohumlarım son nəfəsədək Vətən həsrətiylə yaşadılar. Əminəm ki, ata-baba yurdumuza – Qərbi Azərbaycana qayıdış o qədər də uzaqda deyil.

Jurnalist Araz Hacıyev isə qeyd etdi ki, 1953-cü ilin may ayında 350 evlik Daşkənd kəndinin 130 ailəsini “köçmə bileti” ilə Bərdə rayonuna sürgün etmişlər:

– Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən dağ kəndindən insanları gətirib aranın istidən ilan mələyən düzündə – “Yeddi çinar” deyilən yerə yerləşdirməklə 600-dən çox insanın taleyinə laqeyd qalmış, onların xoşbəxt yaşamalarına xor baxmışlar. Bu insanların ən yaşlıları 125 və 123 yaşlı Kərbəlayi Əmrah və Paşa oğlu Abdulla, ən kiçiyi isə 1 aylıq Hamlet İsmayılov olub.

Bu dediklərimiz heç bir insani rəftara sığmır. Amma bunları bizə bir zaman vətəndaşı olduğumuz SSRİ hökuməti yaşatmışdır. Özü də bu deportasiyanı İ.Stalin, A.Mikoyan və başqa ermənipərəst qüvvələr “könüllü köçürülmə” adlandırmışlar. Guya ki, Azərbaycanda kolxoz və sovxozlarda işçi qüvvəsinə ehtiyac var. Əsas məqsəd isə hamımıza çox yaxşı məlumdur.

Aylarla bu ağacların altında yaşamağın nə qədər əzab-əziyyət olduğunu təsəvvür etmək heç də çətin deyil. Aradan çox illər keçməsinə baxmayaraq, atamın, anamın, ana tərəfdən olan babamla nənəmin dilindən hər zaman Göyçəylə, Daşkəndlə bağlı kövrək xatirələri, ana yurda olan sevgi ilə bərabər, acı həsrəti dinlədikcə mənim də oranı görmək, oraya getmək həvəsim artırdı. Və bir neçə il ard-arda, məktəb tətili vaxtı bu böyük arzuma çata bilmişəm. Atam məni və bacımı Daşkənddə yaşayan əmim Əmirxangilə aparar, bütün yayı orada qalardım.

Göyçə mahalının Daşkənd kəndində 2 alban kilsəsi var. Birincisi, 1181-ci ildə, ikincisi, təxminən, XIII əsrdə tikilmişdir. Hər iki kilsənin geniş məzarlığı və onlar arasında Dəmir dövrü istehkamının daş divar qalıqları, aşağı hissədə isə dayaz mağaralar var.

Müsahibim ürəkağrısı ilə bildirdi ki, 1919-cu ilin əvvəllərində erməni daşnakları Göyçənin nüfuzlu şəxslərini barışıq adı ilə aldadıb Basarkeçərə dəvət etmiş, Səməd ağanı qətlə yetirmiş, daşkəndli Aşıq Nəcəfi isə əsir götürmüşlər. Bir neçə gün sonra aşıq Küllü təpə deyilən yerdə belinə odlu samovar bağlanaraq öldürülmüşdür. Onun 5 oğlu da həmin hadisə zamanı aşığın gözləri qarşısında diri-diri basdırılmışdır.

Araz müəllim XQ-yə açıqlamasını Kəlbəcərdə Prezident İlham Əliyevin qədim yurda qayıdan ilk ailələrlə görüşü zamanı əlini Göyçəyə sarı uzadaraq dediyi ümidverici sözlərdən təsirlənən, doğma Göyçəmizə bütün varlığı ilə bağlı olan Yeni daşkəndli şair Aqşin Hacızadənin “Biz yenə də dönəcəyik Göyçəyə” adlı şeiri ilə tamamladı:

Zülmət itir, yavaş-yavaş doğur dan,
Hazır olun, göyçəlilər, bu andan.
Kəlbəcərdən mesaj verdi komandan,
Olub bizim qədim məkan, yurd deyə,
Biz yenə də dönəcəyik Göyçəyə!

Vəli VƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:445
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 02:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri