Evdə necə dondurma hazırlamaq olar?
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Yay aylarında sərinlədici dondurmaya tələbat artır. Artıq bu ləzzətli deserti ev şəraitində də sadə üsulla hazırlamaq mümkündür.
Milli.Az bildirir ki, evdə dondurma hazırlamaq üçün əsas inqrediyentlər qaymaq, qatılaşdırılmış süd və vanildir. Bunun üçün 400 ml qaymaq çalınaraq krem hala gətirilir. Ardınca 300 ml qatılaşdırılmış süd əlavə olunaraq qarışdırılır. İstəyə görə vanil tozu və ya təbii vanil ekstraktı əlavə edilə bilər.
Hazırlanan qarışım qapaqlı qaba tökülərək dondurucuya yerləşdirilir. Dondurma tam bərkiməzdən əvvəl - təxminən 1 saat sonra - qarışdırılıb yenidən soyuducuya qoyulur. Bu proses 2-3 dəfə təkrarlanarsa, dondurmanın daha yumşaq və kremli olması təmin olunur.
İstəyə uyğun olaraq qarışıma kakao, doğranmış meyvə, şokolad qırıntıları və ya qoz-fındıq da əlavə etmək olar.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 08 İyul 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















