Evdən 3 qardaşın cəsədi tapıldı 10 gün əvvəl ölüblərmiş... FOTO Yeni Sabah
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Antalyada bir binanın 8-inci mərtəbəsindəki mənzildəm İran əsilli 3 nəfərin meyiti tapılıb.
Milli.Az xəbər verir ki, Gözəloba məhəlləsindəki yaşayış binasının sakinləri 8-ci mərtəbədəki mənzildən qoxu gəldiyini eşidən kimi 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.
Evə gedən qruplar qapını açaraq, qardaş olduqları müəyyən edilən 3 nəfərin hərəkətsiz vəziyyətdə olduğunu görüblər. Sağlamlıq qrupları tərəfindən aparılan müayinədən sonra qardaşların öldüyü müəyyən edilib.
İlkin məlumata görə, qardaşların İran vətəndaşları olduğu müəyyən edilib.
Araşdırmalardan sonra Məhəmmədrza (34), Mohsen (26) və Əmirhüseyn Yasovalyan (23) qardaşlarının cəsədləri məhkəmə-tibb morquna aparılıb.
İranda borcu olduğu deyilən və bir müddət əvvəl işləmək üçün Antalyaya gələn qardaşların sonuncu dəfə oktyabrın 28-də İrandakı ailələri ilə telefonla danışdıqları bildirilib.
Qardaşların 10 gün öncə öldüyü məlum olub.
Araşdırma davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Noyabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















