Evdən çıxıb qapını yenidən yoxlayırsınız? Səbəbi sizi təəccübləndirə bilər
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qapının kilidini təkrar yoxlamaq və ya evdən çıxdıqdan sonra geri qayıtmaq hər zaman zəif yaddaş və ya psixoloji problem anlamına gəlmir.
Moderator.az xəbər verir ki, bu barədə "Silicon Canals" yazıb.
Hollandiyalı psixoloqların təcrübələri göstərib ki, eyni hərəkətin dəfələrlə təkrarlanması həmin hərəkətlə bağlı yaddaşı gücləndirmək əvəzinə zəiflədə bilər. Təcrübələr zamanı iştirakçılar sobanı dəfələrlə yandırıb-söndürüblər və çoxsaylı təkrarlardan sonra sonuncu hərəkəti xatırlamaqda çətinlik çəkiblər.
Mütəxəssislər bunu beynin təkrarlanan hərəkətləri avtomatik rejimə keçirməsi ilə izah edirlər. Bu səbəbdən insan qapını kilidləyib-kilidləmədiyinə əmin olmaq üçün yenidən yoxlama ehtiyacı hiss edə bilər.
Belə davranış bəzi hallarda yüksək məsuliyyətlilik və vicdanlılıq xüsusiyyəti ilə də əlaqəli ola bilər. Bu insanlar xırda detallara daha çox diqqət yetirir və səhv etməkdən çəkinirlər.
Lakin yoxlama davranışı həddindən artıq təkrarlanır, güclü narahatlıq yaradır və gündəlik həyata mane olursa, bu, kompulsiv davranışın əlaməti ola bilər. Belə halda mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 19 Avqust 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















