Icma.az
close
up
RU
“Evdən meyit tapıldı...” Kimsəsizin malımülkü kimə qalır?

“Evdən meyit tapıldı...” Kimsəsizin malımülkü kimə qalır?

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü il ərzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2-si Bakıda, 1-i Sumqayıtda, 1-i isə Oğuz rayonunda olmaqla, fərdi yaşayış evində 4 nəfər meyit tapıblar. Sonradan aidiyyəti üzrə təhvil verilən meyitləri qonşuların aşkarlaması faktları da mövcuddur. Yəni statistika natamamdır.

Ümumiyyətlə, bu tip hadisələr il boyu baş verir və əksər hallarda ölən şəxslər yalqız yaşayan və heç bir yaxını olmayanlardır.

Adətən, vəfat edən şəxsin əmlakı vərəsəlik yolu ilə birinci dərəcəli qohumlarına (əri, ya arvadı, övladı və valideynləri) miras qalır.

Bəs mərhumun vərəsəsi olmadığı halda mülkiyyət kimin sərəncamına keçir?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan vəkil Turan Abdullazadə bildirib ki, sözügedən hal Mülki Məcəllə ilə tənzimlənir:

“Məcəllənin 1165-ci maddəsi vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi ilə bağlıdır. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum olunubsa, vərəsələri olmayan əmlak dövlətin nəfinə keçir.

Başqa hallar da nəzərə alınıb. Məsələn, əgər miras qoyan şəxs ahıllar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olubsa, əmlak onların mülkiyyətinə keçir”. 

T. Abdullazadə qeyd edib ki, ölən şəxsi vərəsəsi mövcud deyilsə və vəsiyyət yoxdursa, əmlak dövlət mülkiyyətinə keçir:

“Qanunvericiliyə əsasən miras, ilk növbədə, ölən şəxsin övladı, əri, arvadı, valideynlərinə keçir. İkinci növbəli vərəsələr ölənin bacı-qardaşı, üçüncü növbədə həm ana, həm də ata tərəfdən nənə və baba hesab olunur.

Daha sonrakı növbə isə xala, dayı, bibi, əmidir. Yəni, hər hansı növbəli vərəsələr mövcud deyilsə, eyni zamanda da vəsiyyatnamə yoxdursa vəfat edənin əmlakı dövlət mülkiyyətinə keçir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri