Dövlət saytlarına haker hücumlarının məqsədi BƏLLİ OLDU
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son bir həftə ərzində Azərbaycanın dövlət qurumlarının informasiya sistemlərinə və resurslarına qarşı genişmiqyaslı kiberhücumlar müşahidə olunur.
Lent.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dövlət qurumlarına qarşı kiberhücumlar mütəmadi olaraq qeydə alınsa da, son bir həftədə onların miqyası əhəmiyyətli dərəcədə artıb.
"Hücumlar əsasən DDoS formasında həyata keçirilir və dövlət qurumlarının informasiya sistemlərinin fəaliyyətini dayandırmağa yönəlib. Bununla yanaşı, müxtəlif dövlət informasiya sistemlərinə və qurum əməkdaşlarının elektron poçt hesablarına müdaxilə cəhdləri də müşahidə edirik", – deyə Nadir Novruzov bildirib.
İdarə rəisi qeyd edib ki, hücumların əsas məqsədi dövlət informasiya sistemlərinin fəaliyyətini pozmaq və vətəndaşlara elektron xidmətlərin göstərilməsinə mane olmaqdır.
O əlavə edib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücumları davamlı olaraq izləyir və onların qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















