Icma.az
close
up
RU
Evində kibercinayət şəbəkəsi qurdu, həbs olundğu üçün FTB yə təşəkkür etdi

Evində kibercinayət şəbəkəsi qurdu, həbs olundğu üçün FTB yə təşəkkür etdi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ-ın Arizona ştatında yaşayan 50 yaşlı Kristina Çepmen Şimali koreyalı hakerlərin böyük bir kiberdələduzluq sxemini idarə etməsinə yardım etdiyi üçün 102 ay (təxminən 8,5 il) müddətinə azadlıqdan məhrum edilib. 

Qaynarinfo xəbər verir ki, onlar çox sayda amerikalının şəxsiyyət məlumatlarından istifadə edilərək "Nike" da daxil olmaqla 300-dən çox ABŞ şirkətində saxta uzaqdan iş yerləri yaradıb. Bu sistem vasitəsilə Şimali Koreyaya milyonlarla dollar vəsait ötürülüb.

Çepmen məhkəməyə göndərdiyi məktubda həmin dövrdə xərçənglə mübarizə aparan anasının yanında qala bilmək üçün evdən işləyə biləcəyi bir iş axtardığını bildirib. Onun sözlərinə görə, yaşadığı bölgədə iş imkanları məhdud olub və bu iş ona həm başqalarına yardım etmək, həm də ailəsinin yanında qalmaq imkanı verib. Anası 2023-cü ildə vəfat edib.

Çepmen məktubunda qeyd edib: "Əməllərim nəticəsində zərər görən hər kəsdən ürəkdən üzr istəyirəm. Məni yaxaladığı üçün Federal Tədqiqat Bürosuna (FTB) təşəkkür edirəm. Həbsdən çıxdıqdan sonra yazmaqda olduğum kitablara və yaratmaq istədiyim iç geyim markasına fokuslanmağı planlaşdırıram".


Dələduzluq yalnız şəxsiyyət oğurluğundan ibarət olmayıb. Şimali koreyalı hakerlərin amerikalı kimi görünərək işə düzəlməsi üçün bir sıra rəsmi sənədlər hazırlanıb. Tərcümeyi-hal tərtib etmək, işə qəbul sənədlərini doldurmaq, hətta İ-9 kimi əmək icazəsi formalarını tamamlamaq bu sxemin bir hissəsi olub.

FTB tərəfindən əldə edilən bir söhbətdə Çepmen İ-9 formalarının ünvanına göndərilməsindən məmnun olduğunu, lakin həmin sənədləri şəxsən doldurmadığını deyib. Səbəb olaraq isə federal sənədlərdə saxtakarlığın federal həbsə səbəb olacağını göstərib.

Çepmen bu sxemin texniki hissəsində də aktiv rol oynayıb. Şirkətlər tərəfindən işə götürülən şəxslərə göndərilən korporativ noutbukların bəziləri Çində, Şimali Koreya sərhədinə yaxın bir şəhərə göndərilsə də, 90-dan çox noutbuk birbaşa Çepmenin Arizona ştatındakı evində saxlanılıb.

Şimali koreyalı hakerlər həmin noutbuklara "proxy”, VPN və "Anydesk” kimi uzaqdan idarəetmə vasitələri ilə qoşularaq ABŞ-dan fəaliyyət göstərirmiş kimi görünür, "Zoom” görüşlərində iştirak edir, maaş alır, bəzən isə fidyə proqramı yerləşdirir və ya məlumat sızdırıblar.

Çepmen bu cihazları evindəki rəflərə düzərək hər birinin üstünə yapışqan qeydlərlə hansı "işçiyə” və hansı şirkətə məxsus olduğunu yazır və sistemi bu şəkildə nəzarətdə saxlayırdı. FTB evə reyd keçirdikdə bu düzəni sənədləşdirən fotolar əldə edib.

Çepmenin həyat hekayəsi qaranlıq keçmişlə müşayiət olunur. Vəkilinin bildirdiyinə görə, Çepmen uşaqlığında atasının alkoqolizmi və laqeyd münasibətindən əziyyət çəkib. O, orta məktəbi bitirməmişdən əvvəl 12 fərqli məktəbdə oxumağa məcbur olub.

Məhkəmə sənədlərinə əsasən, Çepmen həmçinin böyük qardaşı tərəfindən fiziki zorakılığa məruz qalıb, ailəsi və ətrafındakı digər şəxslər tərəfindən isə cinsi istismara uğrayıb. Bu çətinliklər onu zamanla cəmiyyətdən uzaqlaşdırıb və tənha bir həyata sürükləyib.

Bu cinayətdən yalnız Çepmen deyil, şəxsiyyətləri oğurlanan şəxslər də ciddi zərər görüb. Məhkəmədə çıxış edən bir zərərçəkmiş bu təcrübəni belə təsvir edib: "Şəxsiyyət oğurluğu fiziki hücum olmasa da, psixoloji və maliyyə təsirləri dərin və qalıcıdır. Şəxsi məlumatlarımı geri toplamağa çalışarkən elə bil biri həyatımın içinə girib və məni parçalayıb. Məlumatlarımın yenidən sui-istifadə ediləcəyindən daimi qorxu içindəyəm".

Çepmen 8,5 illik həbs cəzasına əlavə olaraq 3 il nəzarət altında azadlıq, 176.850 dollar təzminat və Şimali Koreyaya ötürülmüş 284.555 dollar gəlir itkisini ödəməklə də cəzalandırılıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyul 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri