Icma.az
close
up
RU
Evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar çıxarıldı

Evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar çıxarıldı

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Ali Məhkəmədə qanunsuz fahişəliyə cəlb etməkdə təqsirləndirilən Məfkurə Mustafayevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd: Şamaxı şəhərində yaşayan 1959-cu il təvəllüdlü M.Mustafayeva hadisədən 6 il əvvəl də oxşar əməllərə görə məsuliyyətə cəlb edilib və barəsində ittihamedici hökm çıxarılıb. Lakin həmin vaxt M.Mustafayeva Şamaxı Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək bəraət alıb. Buna baxmayaraq, o, həmin əməllərə davam edib. Belə ki, Şamaxı şəhərində yerləşən evini fahişəliklə məşğul olan qadınlara gecəsi 20-30 manata kirayə verib. Həmçinin bir neçə qadını, eləcə də qonşusunu fahişəliyə cəlb edərək pul müqabilində müxtəlif şəxslərlə görüşdürüb. Həmçinin məlum olub ki, M.Mustafayeva barəsində Xəzər rayonunda Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə də cinayət işi mövcuddur. Şamaxı Rayon Məhkəməsi 6 ildən sonra M.Mustafayevanı yenə eyni əməllərə görə məhkum edib. O, Cinayət Məcəlləsinin 243 və 244-cü (Fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə təqsirli bilinib. Şamaxı və Xəzər Rayon məhkəmələrinin hökmləri birləşdirilərək 65 yaşlı qadına 6500 manat pul cəriməsi və 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun ayağına elektron nəzarət cihazı yerləşdirilib. Sumqayıt Apellyasiya Məhkəməsi qadının apellyasiya şikayətini təmin etməyib.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Aprel 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see197

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see119

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see117

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri