Icma.az
close
up
RU
Evləndinsə, boşanma dövrü... Məhkəmələrdə aliment həbsləri davam edir

Evləndinsə, boşanma dövrü... Məhkəmələrdə aliment həbsləri davam edir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kürdəmir sakini Raqif Xələfov aliment borcuna görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 306.1 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimyol.info xəbər verir ki, 1989-cu il təvəllüdlü Raqif Xələfov iki uşağa görə təyin olunmuş 260 manat alimenti uzun müddətdir ödəmədiyindən borc 3960 manata çatıb. Bu səbəbdən də onun barəsində məhkəmə qərarını icra etməməyə görə cinayət işi başlanıb və həbs olunub.

Qeyd edək ki, Raqif Xələfov budəfəki həbsindən əvvəl iki dəfə də inzibati qaydada həbs olunub. Hər ikisində də aliment borcu ilə əlaqədar məhkəmə qərarını icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilib. Birinci dəfə 2023-cü ildə 10 sutka, ikinci dəfə 2024-cü ildə 20 sutka inzibati həbs cəzası verilib. Sonuncu dəfə isə artıq cinayət işi başlanıb. O, həyat yoldaşı ilə 2022-ci ildə boşanıb. Uşaqların biri 2010, digəri 2014-cü il təvəllüdlüdür.

Raqif Xələfov deyib ki, əvvəllər avtomobil ustası işləyib, ailəsini dolandırırdı. Sonradan maddi durumu pisləşib. Bir tərəfdən səhlənkarlıq, o biri tərəfdən maddi problemlər ucbatından borcu ödəyə bilməyib. O, məhkəmədə xahiş edib ki, azadlığa buraxılsın, işləyib, hissə-hissə aliment borcunu ödəsin.

Onun keçmiş həyat yoldaşı uşaqları ilə birlikdə Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır, bu səbəbdən məhkəməyə gəlməyib, onu anası təmsil edib və keçmiş kürəkəninin cəzalandırılmasını istəyib.

Kürdəmir Rayon Məhkəməsi Raqif Xələfovun Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə 1 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Salyan rayonunun Sarvan kənd sakini, 37 yaşlı A.Ağayev isə 38 min manat aliment borcuna görə 1 il 8 ay azadlıqdan məhrum edilib. Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən, o, uzun müddətdir ki, 3 uşağa görə kəsilmiş alimentləri ödəmirdi.

Statistik məlumatlara görə, hər il ölkədə 1000-dən çox adam aliment borcuna görə ya inzibati qaydada həbs olunur, ya da cinayət məsuliyyətinə cəlb edilir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri