Icma.az
close
up
RU
“Əvvəl şirkətdə belə şeylər olmamışdı deyə şoka düşdüm”

“Əvvəl şirkətdə belə şeylər olmamışdı deyə şoka düşdüm”

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və onunla birgə mühakimə edilən, Ukraynada müdafiə sənayesi nazirinin müavini olmuş Kuçer Konstantin Antonoviçin məhkəmə istintaqı davam edir.

Gununsesi.info nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlər dindirilib. İş üzrə Oleq Bakinski xuliqanlıqda, Kuçer Konstantin Antonoviç isə xuliqanlıqla yanaşı dələduzluqda ittiham edilir.

Bu dəfə şahid Səbinə Hüseynzadə xuliqanlıq epizodu üzrə ifadə verib. Epizod Oleq Bakinskinin Zaxarenkov Valeriy Nilolayeviçlə şirkətdə mübahisə etməsi və Bakinskinin qarşı tərəfə xəsarət yetirməsindən ibarətdir.

S.Hüseynzadə hadisə baş verən şirkətdə işləyib. Qadın deyir ki, həmin gün Oleq Bakinski də orada olub və həmin anlar cəmi 5 dəqiqə davam edib. Səbinənin sözlərinə görə, mübahisə nəticəsində kiminsə xəsarət aldığını görməyib: “Qonaqlar otağa daxil olduqdan bir neçə dəqiqə sonra yüksək səslər eşitdim. Əvvəl şirkətdə belə şeylər olmamışdı deyə şoka düşdüm. Amma 5 dəqiqə sonra çıxıb getdilər”.

Şahid səsini eşitmədiyi üçün Kuçer Konstantin Antonoviçin mübahisə edənlərin içində olmadığını düşünür. Zərərçəkmiş ifadəsində deyib ki, təqsirləndirilən şəxslər ona şüşə butulka ilə xəsarət yetiriblər. Amma şahid belə hal olduğunu xatırlamayıb. Əlavə edib ki, mübahisə baş verən otaqda hər hansı şüşə qırıntısı, qan ləkəsi görməyib.

Eyni şirkətdə logistika üzrə mütəxəssis işləmiş Şlavski Əhmədova da hadisəni demək olar, əvvəlki şahidin dediklərinə bənzər təsvir edib. Səbinədən fərqli olaraq Şlavski hadisə vaxtı Oleq Bakinskini şirkətdə görmədiyini deyib, amma orada olmadığını da təsdiq etməyib.

Şahid müdiri olmuş, hazırda təqsirləndirilən Konstantinin əleyhinə ifadə verməyib. Ümumiyyətlə, onun öz kabinetindən çıxmadığını deyib: “Mən kabinetimdə oturub gündəlik işimlə məşğul idim. Birdən səs-küy gəldi. Bir neçə nəfər qəfil ofisə daxil oldu. Onlar birbaşa qonaq otağına keçdilər. Təxminən 10-15 dəqiqə sonra iki nəfər tanımadığım şəxs nalayiq ifadələr işlədərək otaqdan çıxıb getdilər. Mübahisə sonrası heç bir qan ləkəsi və dava-dalaşın yaratdığı dağınıqlıq görmədim.

Bu epizod üzrə digər şahidlər də oxşar ifadə veriblər.

Qeyd edək ki, xuliqanlıq epizodu üzrə zərərçəkmiş Zaxarenkov Valeriy Nilolayeviç, dələduzluq epizodu ilə bağlı “Avıazapchast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC-dir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Fevral 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri