Icma.az
close
up
RU
Əvvəllər 15 manata getdiyim yola indi 40 50 manat istəyirlər”

Əvvəllər 15 manata getdiyim yola indi 40 50 manat istəyirlər”

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Hava Limanında taksi xidmətləri ilə bağlı yeni qaydaların tətbiqi və “Uber”lə “Bolt” kimi platformaların fəaliyyətinin məhdudlaşdırılmasından sonra qiymətlərdə ciddi artım müşahidə olunur. 

Sərnişinlərin sözlərinə görə, hava limanından şəhərin müxtəlif istiqamətlərinə xidmət göstərən bəzi taksilər 50–70 manat arası ödəniş tələb edir.

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov News24.az-a açıqlamasında bildirib ki, hazırda taksilərlə bağlı ümumi planlaşdırma işləri aparılır və bu istiqamətdə müəyyən islahatlar həyata keçirilib. 

Ekspert qeyd edib ki, uzun müddət ərzində sərnişinlər hava limanından istənilən istiqamətə daha münasib qiymətlərlə taksi xidmətindən istifadə edə bilirdilər:

“Yeniliklər birbaşa olaraq hava limanı ərazisində fəaliyyət göstərən taksilərin nizamlanması ilə bağlıdır. Doğrudan da, əvvəllər hava limanından şəhərin müxtəlif istiqamətlərinə gediş qiymətləri sərfəli idi. Hava limanından Bakıya 15-20 manat arsı bir qiymətə gəlirdik. Lakin son günlərdə 40-50 manat, bəzi hallarda isə daha yüksək məbləğlər tələb olunur. Burada diqqətçəkən əsas məqam odur ki, bu qiymətlər hansı prinsiplə müəyyən edilir? Bildiyimiz kimi, tarifləri xarici və ya daxili aqreqator şirkətlər təyin etmir”.

Aslan Əsədov vurğulayıb ki, vəziyyət ciddi təəssüf doğurur və müvafiq qurumların araşdırma aparmasına ehtiyac var:

“Qiymətlərin süni şəkildə artırılıb-artırılmadığı, bunu hansı şirkətlərin həyata keçirdiyi dəqiq öyrənilməlidir. Araşdırmanın nəticələrinə uyğun olaraq, lazımi tədbirlər görülməlidir. Əks halda, bu vəziyyət həm sərnişinlərin narazılığına, həm də ictimai nəqliyyata inamın azalmasına səbəb ola bilər”.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri