Icma.az
close
up
RU
Ey Musa! Əsanı CIA nın başına vur!.. “Top Secret”

Ey Musa! Əsanı CIA nın başına vur!.. “Top Secret”

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Terminlərdə qarışıqlıq düşməsin deyə, qeyd edək ki, ingilis dilində həmin mücrüyə “Ark of Covenant”, rusca “Ковчег Завета”, Türkiyə türkcəsində “Ahit Sandığı” deyilir. Əfsanələrə görə, sandıqda gil lövhələrdən əlavə, Musanın qardaşı Harunun əsası və bir qazan qüdrət halvası da saxlanılırdı. Qüdrət halvası – yəhudilər 40 il səhrada dolaşarkən Rəbbin göydən onlara endirdiyi sehirli təamdır.
Eradan əvvəl 586-cı ilə qədər sirli mücrü Yerusəlimdəki məşhur Süleyman məbədində qorunub. Həmin il Babil hökmdarı II Navuxadonosor Yerusəlimi tutub və məbədi dağıdıb. Ondan sonra mistik artefakt müəmmalı şəkildə yoxa çıxıb.
CİA-nın açıqlan arxivlərindən məlum olur ki, ötən əsrin 80-ci illərində Amerika kəşfiyyatı “Project Sun Streak” adlanan proqramın çərçivəsində həmin “Vəsiyyət Mücrüsü”nü axtarırmış. Layihəyə Mərkəzi Kəşfiyyat İdarəsindən savayı ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (DIA) və daha bir necə gizli xidmət də qoşulub. Onlar məqsədlərinə çatmaq üçün ekstrasenslərin yardımından istifadə ediblər. Bu haqda kəşfiyyat orqanının dərc olunan arxivlərində məlumat verilir.

1988-ci ilin dekabrında keçirilən eksperiment zamanı onlardan biri – “032” nömrəli ekstrasens seans zamanı axtarılan obyekti “taxta, qızıl və gümüşdən düzəldilmiş, üzərində altı ədəd qanadlı mələk təsviri olan sandıq” kimi təsvir edib və “haradasa Yaxın Şərqdə” olduğunu” söyləyib. Onun sözlərinə görə, axtarılan obyekt “yerin altında, qaranlıq və rütubətli məkandadır”, yerin üstündə isə “ərəbcə danışan adamların gəzişirlər”.

“Daily Mail” yazır ki, həmin illərdə CIA “şüurunu bədəninin hüdudlarından kənara çıxarmağı bacaran” ekstrasenslərlə müxtəlif məqsədlərlə əməkdaşlıq edirdi.
Ekstrasenslər sonra sandığın olduğu yeri və xüsusiyyətlərini daha ətraflı təsvir ediblər: ətrafda məscid günbəzləri var, qara saçlı, qara gözlü, bığlı adamlar dolaşırlar... Biri hətta deyib ki, əgər kimsə sandığı zorla açmağa çalışsa, qoruyucu qüvvə bizə naməlum gücün köməyilə həmin şəxsi məhv edəcək.
Bir əfsanəyə görə, Süleyman məbədi dağıdılanda, yəni e.ə. 586-cı ildə Menelik adlı şəxs Musanın vəsiyyətləri olan sandığı Efiopiyaya aparıbmış. Menelik, bir ehtimala görə, Süleyman şahın (Qurandakı Süleyman peyğəmbər) Efiopiya (o vaxt Şeba) şahzadəsi Makeba ilə izdivacından yaranmış nəslin davamçısıdır.
Bir neçə il əvvəl “The Jerusalem Post” qəzetinin yazdığına görə, üç min ildir ki, sirli artefakt Efiopiyanın Aksum şəhərindəki monastırda gizlədilib. Oradakı rahiblər sandığı əbədi qoruyacaqlarına and içiblər.

Əlavə edək ki, İsrail dövləti həmin artefakta sahiblənməkdə çox maraqlıdır, çünki “Vəziyyət Mücrüsü” yəhudi xalqı ilə Rəbbin arasındakı sövdələşmənin rəmzi sayılır.
Yəqin, fikir verdiniz ki, bütün bu əhvalat 1981-ci ildə çəkilmiş məşhur “İndiana Cons: İtmiş mücrünün izində” (Raiders of the Lost Ark) filminə çox bənzəyir. Stiven Splberqin çəkdiyi filmdə hadisələr 1936-cı ildə cərəyan edir. Rene Belloq adlı nasist arxeoloq (Pol Friman) Musanın itmiş mücrüsünü tapmağa, İndiana Cons isə (Harrison Ford) ona mane olmağa çalışır. Filmin ssenasini Corc Lukas ilə Filip Kaufman yazıblar. Əslində ideya onun ağlına 1970-ci illərin əvvəllərində gəlmiş, amma başı “Ulduz müharibələri”nə qarışdığı üçün Lukasın “İndiana Cons”u təxirə salmışdı.
Maraqlıdır: Görəsən, CIA-nın “Günəş zolağı” proqramının yaranmasına məşhur filmin də təsiri olmuşdumu? Demək çətindir. Açıqlanan arxivlərdə də bu haqda heç nə yoxdur. Amma bütövlükdə “Raiders of the Lost Ark” Amerikanın təkcə kino sənayesinə deyil, bütövlükdə mədəniyyətinə olduqca böyük təsir göstərib. Belə görünür ki, kəşfiyyatına da...
Vüsal Məmmədov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 May 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri