Icma.az
close
up
RU
Əyləndiyi adamları xüsusi “işgəncə” ilə öldürməkdən zövq alırdı Romanın ən əxlaqsız imperatoru kim idi?

Əyləndiyi adamları xüsusi “işgəncə” ilə öldürməkdən zövq alırdı Romanın ən əxlaqsız imperatoru kim idi?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Xavər Zahirin "Romanı əxlaqsızlıqda boğan imperator, yaxud çəhrayının əlli çaları" adlı yeni yazısını təqdim edir.

Tiberi, Kaliqula, Neron kimi Roma imperatorlarını “kölgədə qoyan” Helioqabal öz qısa həyatını o qədər çirkləndirmişdi ki, hətta Senat onun adına (Antonin) əbədi olaraq qadağa qoyulmuşdu…

“Günəş tanrısı”na sitayiş

Roma imperatoru Mark Avreli Antonin Helioqabal (Marcus Aurelius Antoninus Heliogabalus) 218-ci ildən 222-ci ilə qədər hakimiyyətdə olub. 14 yaşında imperator seçilən gənc, Makrinin sərkərdəsi Yulian üzərində qələbə çalandan sonra, Makrinin özünü də məğlub edərək Romaya irəliləyir. Şərq despotizmi ruhunda tərbiyə alan Helioqabal artıq paytaxta gedən yolda Senatın qərarını gözləmədən “Pius Felix Proconsul tribunicia potestate” (Tribun hakimiyyətinə malik Prokonsul xoşbəxt Piy) titulunu qəbul edir.

Hakimiyyəti dövründə üsyanlar artır, rəsmi dövlət dininə güclü zərbə vurulur. 18 yaşında öldürülən bu imperatorun şəxsi həyatı və özünəməxsus idarə üsulu həm tarixdə, həm də incəsənətdə müxtəlif rəvayətlərə əsaslanaraq əks olunub.

Roma imperiyasının dini ənənələrini və cinsi tabularını heçə sayan Helioqabalın dövründə Senatın tərkibinə asiyalılar da qoşulmuşdu. Bu isə Senatın birbaşa təhqir olunması demək idi. Romanın rəsmi dini də dəyişdirilmişdi. Günəş tanrısının şərəfinə Palatin təpəsində məbəd tikdirən Helioqabal, buraya romalılar üçün müqəddəs sayılan əşyaları - palladium, ankil (Mars tanrısının əfsanəvi qalxanı), Vestanın alovu və s. yığmışdı. Bütün bunlar yeni “günəş tanrısı”nı təcəssüm etdirən qara daşdan sonra ikinci plana keçmişdi. İmperator bu məbəddə hər gün xüsusi libasını geyinib üzünü də qaydası üzrə bəzəyəndən sonra Roma əyanlarının qarşısında ayinləri yerinə yetirirdi. Sonda isə qızların müşayiəti ilə rəqs edən imperator günəş tanrısının şərəfinə qurbanlar verirdi. Onun hakimiyyətinin ən dəhşətli tərəfi insanları qurban verməsi idi ki, bu da tezliklə bütün İtaliyaya səs salmışdı.


Pavel Aleksandroviç Svedomski "Güllər içində basdırılanlar", 1886


İlklərin icraçısı

Taxt-tacı ələ keçirən Helioqabal Roma hakimiyyətində ona qədər heç vaxt olmayan dəyişikliyi edir - anasını (və nənəsini) senator qoyur. Romanın prefekti vəzifəsinə isə ən çox bəyəndiyi oyunbazını (rəqqasını) təyin edir. Şəxsi mühafizəsini isə sürücüsünə tapşırır.

İlk vaxtlar xalq onu sevirdi. Deyilənə görə, mükafatlı stolüstü lotoreya oyununu ilk dəfə Helioqabal düşünüb. Təşkil etdiyi qonaqlıqlara xalqın ən sadə nümayəndələrini də çağırardı. Qalib gələnlərdən kimi 10 dəvə, kimi 10 milçək qazanırdı. Kimsə 10 funt qızıl, kimi də 10 funt gümüş udurdu, 10 dəvəquşu yumurtası qazanan da olurdu. Bu cür varlanan qara camaat imperatorlarını da sevirdi. Deyilənə görə, qonaqlıqlarda verilən yeməklər də (bülübül beyni, qızıl kürələrlə yaşıl noxud, ağ mirvari ilə düyü, kəhrəba ilə lobya qarışımları və s.) olduqca qəribə idi. Hətta imperator qladiator döyüşlərini şərab ilə doldurulmuş kanallarda keçirirdi.

İlk dəfə məhz onun dövründə balıq, ilbiz, lanqust, xərçəng və s. dəniz məhsullarından jelelər düzəldilib. Şərabı isə daha ətirli etmək üçün şam ağacının qozalarından istifadəni də ilk dəfə Helioqabal təklif edib. Romalılar arasında ilk dəfə məhz o, təmiz ipəkdən libaslar geyinib.

Mark Avreli Antoninin şərəfinə kəsilmiş sikkə


Lənətlənmiş ölümseçən

Helioqabal rahiblərin onun taleyi haqqında dediklərinə inanırdı. Əziyyət verilərək öldürüləcəyini bilən imperator buna “hazırlıq” da görmüşdü: çıxılmaz vəziyyət yaransa özünü boğub öldürə bilsin deyə bütün saray boyu ipək iplər asdırmışdı. Həmçinin qızıl qablarda qiymətli daşlardan hazırlanmış zəhərlər saxlatdırırdı. Zəhər çəkilmiş qızıl qılıncları da ətrafında hazır qoyurdu ki, özünə sancsın. Hündür bir qüllə tikdirib, həyətini qızıl piltələr və daş-qaşlarla bəzətdirmişdi ki, ölüm təhlükəsi olarsa, qüllənin başına çıxıb özünü atsın, beyni adi torpağa yox, qızılın üstünə tökülsün...

Nəticədə, dörd illik hakimiyyəti ərzində idarəni anasına və nənəsinə həvalə edən Helioqabal romalılarda o qədər nifrət oyandırır ki, ona qarşı sui-qəsd planı hazırlanır. Onun “dostları” həyat tərzlərinə uyğun biabırçı şəkildə qətlə yetirildikdən sonra növbə imperatora çatır. Hazırladıqlarının heç biri onun “köməyinə gəlmir”. Ayaqyolunda gizlənən Helioqabalı anası ilə birlikdə işgəncə ilə öldürüb cəsədinə daşlar bağlayaraq Tibr çayına atırlar.

Ölümündən sonra bu cür davranılan (ən biabrçı formada) ilk Roma imperatoru da məhz odur. Onun adı da imperiyada həmişəlik qadağan olunur.

İmperator Helioqabalın həyatı haqqında bizə gəlib çatan rəvayətlər tarixçi Herodian, Kassi Dion və Lampridinin yazılarından qaynaqlanıb.

“Helioqabalın gülləri” (The Roses of Heliogabalus), 1888

***
Niderland əsilli Britaniya rəssamı Ser Lourens Alma-Tadema (1836-1912) viktorian dövrünün ən tanınmış nümayəndələrindn biridir. O, əsasən, tarixi mövzularda əsərlər yaradıb, 408 əsərin müəllifidir (özü imzalayaraq nömrələyib).

1883-cü ildə İtaliyaya növbəti uzun səfərlərinin birində rəssamı daha çox Pompeydəki tapıntılar maraqlandırırdı. Aylar ərzində qazıntılarda yaxından iştirak etməsi Qədim Romanın hökmdarları haqqında biliklərini daha da zənginləşdirmişdi. Buradan topladığı məlumatların və zəngin təəssüratının nəticəsində rəssam 1888-ci ildə ən məşhur əsərlərindən birini - “Helioqabalın gülləri”ni kətana köçürür.

Əsərin süjeti “Avqustların bioqrafiyası”ndan götürülüb. Sayca 23-cü Roma imperatoru olan Helioqabal müftəxor qonaqlarını “güllərə qərq edərək” öldürürdü. Alma-Tadema imperatorun portretini Kapitoli muzeyində qorunub-saxlanılan yeganə təsvirdən baxıb çəkmişdi.

Bu portret o vaxtlar yazıçı Oskar Uayldın da diqqətini cəlb etmişdi. Hətta öz naşirinə Helioqabalın həyatından yazmaq istədiyini də bildirmişdi.

***

Güllər yağsın başına...

18 illik həyatında beş fərqli qadınla evlənib boşanmış imperatorun həyat yoldaşlarından biri də Vesta rahibələrindən olub. Təkcə bu söz-söhbətdən əlavə, Helioqabalın kişilərlə də əlaqədə olduğu, qadın paltarları ilə gəzdiyi, hətta cinsini dəyişmək üçün həkimlərə külli miqdarda pul verdiyi haqqında da fikirlər var.
Gənc imperatorun bu cür eyş-işrətlə keçən həyatı barədə rəvayətlərdən biri də sarayındakı qonaqları (müftəxorları) verdiyi ziyafətlərdə yuxarıdan açılan bir örtükdən tökülən bənövşə topası içində boğaraq öldürməsi haqqındadır.

Antik mətnlərdə imperatorun bənövşələrdən və digər güllərdən istifadə etdiyi qeyd olunsa da, Alma-Tadema öz əsərində yalnız qızılgülləri təsvir edib. Qədim Romada qızılgül gözəllik, məhəbbət, dəbdəbə və ziyafətlərin simvolu idi. Belə bir versiya da var ki, Oskar Uayld “Dorian Qreyin portreti” əsərində məhz Alma-Tademanın emalatxanasını təsvir edib. Tarixçilərin dediyinə görə, rəssam əsəri qışda 4 ay ərzində işləyib. Buna görə də onun Londondakı emalatxanasına müntəzəm olaraq, Fransadan təzə-tər güllər göndərilirmiş.

Rəsm əsərinin arxa planında eyvanda geniş taxtlara uzanmış zadəganlar təsvir edilib. Onlar yeyib-içərək ön plandakı qarmaqarışıqlığı seyr etməkdədirlər. Sol tərəfdə qızıl rəngli libası, başında nazik tacı və qulağına taxılmış güllə əks olunan fiqur Helioqabaldır. Həyəcansız və laqeyd üz ifadəsi ilə qarşısında baş verənləri izləyərək şərabını içməkdədir.

Ondan sağda təsvir olunun iki qadın (biri gənc, digəri nisbətən yaşlı), güman ki, imperatorun anası və nənəsidir (anasının anası). Bəzi mənbələrdə isə əlində mavi badə tutan kişi fiqurudur. Onlar da gül ləçəkləri içində çapalayan insanlara tamaşa edirlər.

Ziyafəti musiqi ilə şənləndirən gənc qadının çaldığı musiqi alətinin adı “aulos”dur. Libasının üstündən bağladığı bəbir dərisi isə Romada şərabçılıq tanrısı Vakxa (yunan mifologiyasında Dionisə) işarədir.

Bəbir simvolu ilə tanınan Vakxa sitayiş edən insanlar (xüsusən qadınlar) əyləncə və sərxoşluq düşkünü kimi məşhur idilər. Vakxant adlanan həmin qadınlar məst olaraq musiqi çalır və rəqs edirdilər (məsələn, “Vakx və Ariadna”, 1520-1523, Tisian).

“Vakx və Ariadna”, 1520-1523

Rəsmin fonunda tutqun olsa da, gözə çarpan heykəl tanrı Vakxa aiddir, orijinalı “Ludovisi Dionysus” adlanır. Heykəl ayağının altında bəbirin oturduğu Vakx və onun yanında durmuş məşuqu yaraşıqlı Ampelus fiqurundan ibarət kompozisiyadır. Bununla rəssam Helioqabalın eyş-işrətlə keçən həyat tərzini vurğulayıb.


Ön planda solda parçanın ucunda ilmək görünür. Aydın olur ki, ilmək asıldığı yerdən çıxarılıb və parçanın üstünə yığılan kilolarla gül ləçəkləri qonaqların üzərinə tökülür. Qonaqlar kəskin ətirdən boğulmaq üzrədirlər, bəziləri artıq bihuş olub.

Heliqabalın qonaqları yüksək təbəqənin adamlarıdır. Rəssam bunu geyimlərdə, parçaların rəngində, zinət əşyalarında, müxtəlif əşyalarda detallı təsvir edib. Tarixi mənbələrdə belə qeydlər də var ki, düzlüyü, cəsarəti sevməyən, əksinə yaltaqlığı, paxıllığı və yalançılığı əsas məziyyət kimi görən imperator ətrafına da belə insanları yığırdı. Onlarla əylənib, sonra xüsusi “işgəncə” ilə öldürməkdən zövq alırdı.

Bu rəsmə qədər bir dəfə də olsun tragik səhnə işləməyən rəssam üçün boğularaq ölməkdə olan insanları təsvir etmək necə mümkün olub?! Qurbanların üz ifadələri, jestləri, qurtulmaq üçün göstərdikləri mübarizə tamaşaçını heyrətə salır.

Solda "qonaq" fraqmenti, sağda isə rəssamın həyat yoldaşı Laura Alma-Tademanın portreti.


Sağ tərəfdə sütunun yanında hörüklü saçla bir kişi təsvir olunub, sanki o qurbanlar sırasında deyil... İmperatora baxaraq, elə bil nəyisə gözləyir. Ola bilsin ki, cəlladır və ağır gül ləçəklərini saxlayan parçanın ilməyini o çıxarıb...

Lourens Alma-Tadema əsərində çəhrayı rəngin çalarlarından ustalıqla istifadə edib. Güllərin parlaq ləçəkləri göz qamaşdırır. Eyni zamanda mərmər sütunlar, yastıqlar, örtüklər və rəngarəng parçaların dəqiq təsviri akademik incəsənətin bariz nümunəsidir.

Tənqidçilərə görə, rəssam əsl mövzudan yayınaraq, sadəcə “ağılla işlənən incə cinayəti” təsvir edib. “Helioqabalın gülləri”ni 1888-ci ildə 4000 funt-sterlinqə ser Con Eyrd sifariş edib. Həmin il əsər Kral Akademiyasının yay sərgisində nümayiş olunub. 1911-ci ildə Con Eyrdin ölümündən sonra sənət əsəri oğlu Riçard Eyrdə miras qalıb. Alma-Tademanın ölümündən sonra isə tablo 1913-cü ildə sərgilənib, axırıncı dəfə isə 2014-cü ildə Britaniyada İctimai nümayişə çıxarılıb.

1935-ci ildə “Christie's” hərrac evində satılan əsər daha sonra 1973-cü ildə Londonda “Sotheby's” auksionunda 28 000 funt-sterlinqə alınıb. 1993-cü ildə 1 500 000 funt-sterlinqə satılan tablo hazırda milyarder Xuan Antonio Peres Simonunun şəxsi kolleksiyasında saxlanılır.

BAFTA Televiziya Mükafatının qalibləri - Siyahı Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər "Ya sən, ya da heç kim!" - Günel Natiq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sevilya” evdə 3 xala sevindi 8 oyundan sonra

14 May 2025 01:32see184

Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı 37 heyvan tələf oldu

13 May 2025 19:20see164

Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir

14 May 2025 02:03see157

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb YENİLƏNİB 2

13 May 2025 18:08see147

Pakistan və Hindistan RAZILIĞA GƏLDİ Trampın zəngindən sonra… KONKRET

13 May 2025 18:27see145

Kamran taksi sürücülərindən şikayətləndi Video

13 May 2025 21:28see141

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

14 May 2025 03:50see141

Hüseyn Həsənov axtarışa verildi

14 May 2025 19:38see141

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

14 May 2025 01:01see139

iOS və iPadOS versiyalarında ciddi təhlükəsizlik boşluqları

14 May 2025 03:32see136

Uzun ömr istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun

13 May 2025 23:10see132

Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə

13 May 2025 18:48see130

Qadın 13 yaşlı oğlunun dostu ilə ərinə xəyanət etdi

13 May 2025 21:05see129

Azərbaycanlı referi beynəlxalq federasiyaya üzv seçildi

14 May 2025 00:09see128

Ulduz hücumçu Beşiktaş dan gedir?

13 May 2025 20:27see125

Dinamika artdı: Şara Səudiyyəyə getdi

13 May 2025 23:18see123

Merts: Ukrayna ilə bağlı əlavə kompromislər yolverilməzdir

14 May 2025 00:53see122

Çin maşınları Mercedes Benz i çökdürür

13 May 2025 21:01see122

Braziliyalı futbolçunun yolu haradı?

15 May 2025 00:09see119

Alonso Real a keçsə... müdafiəçidən kluba təzyiq

14 May 2025 00:27see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri