Icma.az
close
up
RU
Eyni anda bir neçə iş görmək beynimizə necə təsir edir?

Eyni anda bir neçə iş görmək beynimizə necə təsir edir?

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Mesajlara cavab vermək, iş hesabatını tamamlamaq, şam yeməyi hazırlamaq və eyni zamanda axşam üçün planlar qurmaq - bir çox insan bütün bunları demək olar ki, fasiləsiz etməyə öyrəşib. Belə görünür ki, bu yolla daha çox iş görmək mümkündür, amma əslində, diqqəti daim bir işdən digərinə yönəltmək çox vaxt əlavə vaxt və enerji itkisinə səbəb olur".

Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Kalininqrad vilayətinin İctimai Səhiyyə və Tibbi Profilaktika Mərkəzi eyni vaxtda bir neçə iş görməyin hansı hallarda faydalı olduğunu, hansı hallarda isə diqqəti toplamağa mane olduğunu və yorğunluğu artırdığını izah edib.

Bir neçə işi birləşdirmək, onların heç biri yüksək diqqət tələb etmədikdə əlverişlidir. Məsələn, evi təmizləyərkən podkast dinləmək və ya şam yeməyi hazırlayarkən musiqi qoşmaq olar.

Gözlənilməz vəziyyətlərdə də tapşırıqlar arasında sürətlə keçid etmək faydalı ola bilər. Belə hallarda baş verənlərə operativ reaksiya vermək lazımdır. Lakin iş diqqət və məsələyə dərindən köklənmə tələb edirsə, daimi yayınmalar prosesi çətinləşdirə bilər.

İnsan beyni eyni vaxtda bir neçə mürəkkəb işi tam şəkildə yerinə yetirmək qabiliyyətinə malik deyil. Bunun əvəzinə, bir tapşırıqdan digərinə sürətlə keçir və hər dəfə diqqətini yenidən toplamalı olur. Nəticədə işə daha çox vaxt sərf edilir, səhv ehtimalı artır və məlumatları yadda saxlamaq çətinləşir, günün sonunda güclü yorğunluq yaranır.

Hər şeyi eyni anda etməyə çalışmaq əvəzinə, bir işə diqqət yetirmək olar. Bunun üçün tapşırıqları əvvəlcədən əhəmiyyətinə görə sıralamaq, hər birinə ayrıca vaxt ayırmaq və dərhal cavab tələb etməyən bildirişləri söndürmək, qısa fasilələr vermək tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Oktyabr 2026 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri