Icma.az
close
up
RU
Eyni anda bir neçə işi görmək beyni gücləndirmir Alimlər

Eyni anda bir neçə işi görmək beyni gücləndirmir Alimlər

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alimlər beyin fəaliyyətini gücləndirmək üçün istifadə olunan iki məşhur metodun eyni vaxtda tətbiqinin fayda deyil, ziyan vurduğunu aşkar ediblər. Rusiya Elm və Ali Təhsil Nazirliyindən verilən məlumata görə, bu kəşf zehni məhsuldarlığın artırılmasına yanaşmanı kökündən dəyişə bilər.
Demokrat.az xəbər verir ki, tədqiqat çərçivəsində mütəxəssislər "neyrobioidarəetmə" (neurofeedback) və "binaural stimulyasiya" üsullarını eyni anda sınaqdan keçiriblər. Neyrobioidarəetmə zamanı insan beyninin fəallığı barədə real vaxtda məlumat alır və öz zehni vəziyyətini şüurlu şəkildə dəyişməyi öyrənir. Binaural stimulyasiya isə xüsusi səs ritmləri vasitəsilə beynin kənardan "köklənməsi" prosesidir. Alimlər düşünürdülər ki, bu iki üsul bir-birini tamamlayacaq.
Lakin eksperimentin nəticələri gözlənilənin tam əksi olub. Məlum olub ki, hər iki metod ayrılıqda mükəmməl işləsə də, birlikdə tətbiq edildikdə beynin səmərəliliyi kəskin aşağı düşür. Təcrübədə iştirak edən könüllülərdə özünüidarəetmə və diqqəti cəmləmə qabiliyyəti zəifləyib.
Professor Olqa Bazanova bildirib ki, kənardan gələn səs "siqnalları" beynin öz gücü ilə öyrənmə prosesinə mane olur. Beyin hazır tezlikləri kənardan aldığı üçün yeni neyron əlaqələri qurmağa və inkişaf etməyə ehtiyac duymur. Beləliklə, əlavə kömək beynin təbii öyrənmə qabiliyyətini gücləndirmək əvəzinə, onu tənbəlləşdirir və fəaliyyətini ləngidir.
Yəni, beyni daha yaxşı işlətmək üçün həm daxili məşqlərdən, həm də kənar səs stimullarından eyni vaxtda istifadə etmək diqqəti artırmır, əksinə, beyni yoraraq onun işini çətinləşdirir.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri