Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Eyni aqibət Mehdini də gözləyir! Hekayə müzakirəsi

Eyni aqibət Mehdini də gözləyir! Hekayə müzakirəsi

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Mehdi Dostəlizadənin "Şamda yanğın gecəsi" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Şərif Ağayar:

"Hekayə üslubuna görə mənə daha çox qədim əhvalatları xatırlatdı. Bir yandan da süjetin didaktik məzmunu mətnə əhvalat xarakteri verir. Məncə, müəllif janrın klassik tələblərini nəzərə almaqla daha yeni atmosferli və daha orijinal məzmunlu hekayələrdə qələmini sınasın, bacaracaq, hiss olunur".

Mirmehdi Ağaoğlu:

"Şamda yanğın gecəsi" mürəkkəb süjeti olmayan sadə hekayə olsa da, atmosferi olan mətndir. Mehdi mətnə mistik ab-hava verə bilib. Ümumiyyətlə, Mehdinin şeirlərini də sevirəm. Oxuyanda, fikirləşirsən, bu gənc yaşda necə belə dərin mətləblərə bələd olmaq mümkündür? "Şamda yanğın gecəsi" də, əslində, özündə dərin dini məsələləri ehtiva edir. Müəllifi bu uğurlu hekayəyə görə təbrik edirəm".

Sevinc Elsevər:

"Əyləncəli nağıl kimi oxudum. Bu cür süjetlər çoxdur. "Toral və Zəri" animasiya filmində ovçu Qobustan qayalarına rəsm çəkən rəssamı ittiham edir ki, hansı heyvanın rəsmini çəkirsən, yoxa çıxır. Belə magik, sehrli əhvalatları uşaqlıqda oxumağı daha çox sevirdim. Kaş yenə də inanaydım nağıllara. Müəllif qəşəng yazıb. Amma hekayəyə gərək inanasan oxuyanda. Bilmədim, yazıçı inandıra bilmədi, yoxsa mən artıq səmimi oxucu deyiləm?

Yanvarın 5-i "Gecəyarı uşaqları"nı oxumağa başladığımın bir ili tamam olacaq, sağlıq olsun. Həyatımda ən gec, ən uzun zamanda oxuduğum kitabdır. Orda da belə söhbətlərdir. Kitabın 70 faizini oxumuşam. Tam atmıram da. İndiyə kimi çəkdiyim əziyyətimə heyfim gəlir. Tərcümə də incidir, deməzdim, dili su kimidir.

Bu hekayədə də başlanğıcda yaman lənglik vardı. Sonlara doğru babat sürətləndi. Nağıl dili yüyrək olsa yaxşıdır. Daha səbrim azdır. Yəqin bunun da günahı yazarda yox, özümdədir. Bilmirəm".

Alpay Azər:

"Mehdi Dostəlizadənin "Şamda yanğın gecəsi" hekayəsi orta əsrlərdə Şam vilayətinin mistik, həm də realist aurasını yarada bilməsi baxımından mənə uğurlu gəldi. Hekayənin ideyasına uyğun süjet xətti maraqlı alınıb".

Babək Məmmədli:

"Müəllifi təbrik edirəm! Ondan oxuduğum ilk hekayə idi. Xoşuma gəldi. "Min bir gecə" nağıllarındakı kimi mistik atmosferi var. Mən də bu düşüncədəyəm ki, hekayə nə qədər sirli sonluqla bitərsə, oxucunu da bir o qədər ovsunlayıb öz toruna salmış olar, yazıçını yerin deşiyindən də olsa, dartıb-çıxarıb "filan hekayənizdəki o sirli qonaq kim idi?" sualını verməkdən özünü saxlaya bilməz. Necə ki, yazıçı Anar hələ də "Spartakın maşınındakı Təhminə idi?" sualından əziyyət çəkir, çox güman eyni aqibət Mehdini də gözləyir.

Hekayədə verilən açar sözləri görməzdən gəlsək, mizan-tərəzi mövzusuna sadiq ibrətamiz pritça zənn etmək olar. Ancaq məsələ o qədər də sadə deyil deyə düşünürəm. Məncə, müəllif hər iki qəhrəmanının "Seyyid" deyə müraciət olunan dəftərxana işçisi İbn Müqtədir və sirli qonaq Səid İbn Mizanın (mizan-tərəzi) vasitəsilə sünnilərin (Şam şəhərində sünnilər böyük çoxluq təşkil edir) "bostanını daşlamaqla" şiə təəssübkeşliyi nümayiş etdirib. Bircə bunu ayırd edə bilmədim ki, Səid İbn Mizanla onun işarə etdiyi adını bilmədiyimiz ikinci sirli adamdan hansı biridir İmam Mehdi - şiələrin təbirincə desək: gəlişi ilə dünyaya ədalət gətirəcək Sahib əz-Zaman? Belə suallar qarşısında müdam məni piyada qoyan məhdud dini biliklərimə görə (oxu:bilgisizlik) sizdən üzr istəyib böyük təəssüf hissi ilə bu mövzuda bundan artıq danışa bilməyəcəyimi etiraf edir, müəllifin isə əlini sıxıram".

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi? Tablosu ABŞ dollarında əks olunan məşhur portret ustası Bu, artıq kino deyil, tapşırıqdır! - Fövqəladə əməliyyatlar! - Video
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri