Icma.az
close
up
RU
Bu detal məni heyrətləndirmədi Hekayə müzakirəsi

Bu detal məni heyrətləndirmədi Hekayə müzakirəsi

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Vüqar Vanın "Şahid" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Şərif Ağayar:

"İncə duyğularla yazılmış sadə, estetik, oxunaqlı bir hekayədir. Sevgi ilə oxudum. Təbrik edirəm".

Mətanət Vahid:

Vüqar Vanın “Şahid” hekayəsi, ilk növbədə, fokalizasiya dəyişikliyi ilə diqqətimi cəlb etdi. Müəllif oxucunu əvvəlcə sanki ətraf aləmdən qopmuş uşağın interyerinə - məsum və azad dünyasına gətirir. Balacanın gah hoppanması, gah dombalaq aşması, gah təsbehlə oynaması və s. şıltaqlıqları qadağaların utancaqlıqla pozulduğu müqəddəs məkanın süst atmosferinə canlılıq qatır. Sonra uşağın kişi və qadını görüb izləməyə başlaması kimi qəfil bir keçidlə fokus pəncərədən çölə - mətnin bətnindəki sirr istiqamətinə yönəlməklə hekayənin ritmini də dəyişir.

İstər yaş fərqi və qızın çox gözəl olması səbəbilə görünüşlərindəki təzadla, istər davranışları ilə uşaqda müəmma yaradan kişi və qadın and içmək üçün məscidə təşrif buyurublar. Uşaq üçün səbəb sona qədər məchul qalsa da, oxucu bu iki obrazı birlikdə məscidin həyətində görəndən mətləbi anlamağa başlayır. Amma şahid nəyə şahidlik etdiyini bilməyən uşaqdır axı, oxucu deyil. Gələn cütlük Qurana and içməklə mənəvi əhəmiyyətli ritualı yerinə yetirsə də, ağlı kəsməyən uşağı şahid tutmaqla birliklərinin bünövrəsini yalanla qoyur.

Uşağın bütün diqqəti isə gənc qadının ağlı başdan alan gözəlliyinə yönəlib: “heyranlıqla baxdığı üçün onun nəyə görə and içdiyinə fikir vermədi”. Hekayədə qadının gözəlliyi “mənzərə” sözü ilə ifadə olunur: “Uşaq ilk dəfə belə gözəl mənzərə ilə qarşılaşırdı.” Balacanın gördüyü “məhdud” mənzərə ilə oxucunun izlədiyi geniş panoram miqyasına və məna qatlarına görə fərqlənir.

Uşağın şahidliyi “Ayın şahidliyi”nə bənzəsə də, hekayənin mahiyyəti uşaqdan kənarda deyil, əksinə, onun gözlərində\baxışındadır. Yaşlı kişi ilə evlənən bu qadın bunca gənc və gözəl olmasaydı, uşağın şahidliyi ilə Allahın evində “Allahı aldatmağa” çalışmazdılar. Çünki qadını Qurana and içdirən kişi şəriətə görə, həddi-büluğa yetməyən uşağın şahidliyinin qəbul olunmadığını da bilir. Beləliklə, “Şahid” hekayəsi bədii sirri baxış bucaqlarının sürüşməsindən yaranan ritm və atmosfer dəyişikliyi və uşağın oyunla günah, qadağa ilə azadlıq, məsumluq və saxtakarlıq arasındakı keçidlərdə daşıdığı simvolik mövqeyi üzərində qurulur.

Rəvan Cavid:

"Vüqarın hekayəsindən heç nə başa düşmədim. Ancaq çox qəşəng, qorabişirən bu istilərdə ehtiyacımız olan buz kimi su qədər əla idi. Ləzzət elədi".

Alpay Azər:

"Vüqar Vanla mən yaddaşa bağlı olan hekayələr yazmağı sevirik, bu baxımdan, bizi “mövzu qohumları” adlandırmaq olar. Bu hekayədə uşaq, qadının gözəlliyinə heyran olub nəyə şahidlik etdiyinə fikir vermir. Müəllif yazır: “Bu vaxt uşaq özünü tamamilə itirib qadının heyrətli dərəcədə gözəl dodaqlarına, nazik, balaca burnuna, qövsvarı sıx qaşlarına heyranlıqla baxdığı üçün onun nəyə görə and içdiyinə fikir vermədi. Uşaq ilk dəfə belə gözəl mənzərə ilə qarşılaşırdı. Həyəcandan az qala nəfəsi təntiyəcəkdi. Qadın bir neçə saniyə hərəkətsiz dayanandan sonra gözlərini açıb Quranı kişiyə qaytardı.” Yəni hekayənin məğzi elə bu detaldadır. Bu detal, düzü, məni heyrətləndirmədi. Kiçik hekayələrin yazılmasının çətinliyi peşəkar oxucunu heyrətləndirən hadisə(lər)in tapılmasındadır. Məncə, bu hekayənin həmin hissəsində Vüqar Van uşağın həyəcanını daha dərindən işləməli idi. Və ya hekayədə qadının andı verilməliydi, “Bu Qurana and olsun, mən sənə xəyanət etməmişəm” (əgər qoca kişi əridirsə), “Mən oğluna xəyanət etməmişəm” (əgər qoca kişi qaynatasıdırsa) tipli yox, nəsə maraqlı, qeyri-adi and olmalıydı".

Kolumbiyada yeni insan növü aşkarlandı Məşhur reperin qızı dünyaya gəldi "Titanik"in qalıqlarını görmək üçün sərvət ödəyəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri