Icma.az
close
up
RU
Eyni evdə iki yad adam: “Evlilik bir bədən birliyi deyil”

Eyni evdə iki yad adam: “Evlilik bir bədən birliyi deyil”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Bəzən insan evlənir, amma ruhu subay qalır. Adı “ərli” və ya “arvadlı” olur, amma içində hələ də bir kimsənin toxunmadığı boşluq yaşayır. Elə bil, həyat yoldaşı var, amma söhbət etmək üçün ruh yoldaşı yoxdur”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib.

Onun sözlərinə görə, bir çox ailələrdə cütlüklər fiziki olaraq eyni evdə yaşasalar da, mənəvi olaraq bir-birinə yad qalır:

“Eyni evdə iki nəfər, amma bir-birinə yad iki səssizlik. Tənhalıq bəzən tək qalmaq deyil, anlaşılmamaqdır. İnsanı ən çox yorub tükəndirən də budur, danışdıqca anlaşılmamaq, baxışların içində cavabsız qalmaq. Gözlər danışmaq istəyəndə qarşısında divar kimi bir soyuqluq... Ən çox da sevgidən çox öhdəliklə bağlanılmış münasibətlərdə bu görünür: sevgi deyil, məsuliyyət, anlayış deyil, səbr.

Bir çox insanlar nikahda tənha qalmağı sanki “normal” sayır. Çünki cəmiyyətin gözündə evli olmaq, xoşbəxt olmağın simvoludur. Halbuki ən dərin tənhalıqlar da bəzən nikah üzüyünün parıltısında gizlənir. Kənardan baxanda “tam”, içəridən baxanda “yarım” bir həyat”.

O qeyd edib ki, evlilikdə tənhalığın əsas səbəbi çox vaxt tərəflər arasında emosional əlaqənin zəifləməsi və ya tamamilə itməsi olur:

“Evlilikdə tənhalığın kökü çox vaxt emosional əlaqənin itməsindədir. İnsanlar bir müddət sonra “rol oynamağa” başlayır - ər, arvad, valideyn, təminatçı, dəstəkçi… Amma bu rolların içində “mən” yavaş-yavaş itir. İtən “mən”lə birlikdə münasibətin nəfəsi də azalır. Qalan, sadəcə eyni dam altında yaşayan iki yad insandır.

Bəziləri susur, çünki ümid edir ki, qarşısındakı bir gün anlayacaq. Bəziləri danışır, amma sözləri divara dəyib geri qayıdır. Bəziləri isə artıq heç nə demir, sükutun içində bir növ barışıq tapır. Bu barışıq, təslimiyyət deyil, sadəcə ruhun daha çox zədələnməməsi üçün seçdiyi qorunma formasıdır.

Beləcə həyat davam edir. Evliliklər davam edir, süfrələr qurulur, uşaqlar böyüyür, illər keçir… Amma içəridə bir sükut bitmir. Hər gün eyni insanla oyanırsan, amma sanki hər səhər öz tənhalığınla üz-üzə gəlirsən.Tənhalıq, evliliyin içində belə, bəzən insana ən yaxın dost olur. O tənhalığın içində insan bəzən özünü yenidən tanıyır, bəzən itirir, bəzən də sadəcə susur”.

Psixoloq vurğulayıb ki, bəzən sevgi evliliyi qoruya bilmir:

“Bilirik ki, sevgi bəzən evliliyi qoruya bilmir. Bəzən də evlilik, sevgini boğur. Aradakı bu ziddiyyətin içində insanlar yaşamaqla var olmağı qarışdırırlar. Bəlkə də, nikahda tənha qalmaq bir növ ruhun özünə çəkilməsidi, çox danışan dünyada bir az susmaq, çox oynanan rollar arasında bir az özünü xatırlamaq cəhdidir. Heç bir qınama, heç bir izah lazım deyil. Çünki hər kəsin tənhalığı öz səssiz hekayəsidir”.

O bildirib ki, nikaha addım atmadan əvvəl hər kəs “birlikdə olmaq” anlayışını düzgün dərk etməlidir:

“Bəs belə tənhalıqdan necə qorunmaq olar?  Tənhalıqdan qorunmaq üçün əvvəlcə insan özünü tanımalıdır. Əgər insan öz emosional ehtiyaclarını, sərhədlərini, sevgi dilini tanımırsa, heç kim onu tam anlaya bilməz. Evlilik bir bədən birliyi deyil, ruhi əlaqədir. O əlaqə ancaq iki fərdin “mən”ini qoruyaraq “biz” yaratmaq bacarığı ilə mümkündür. Nikaha addım atmazdan əvvəl “birlikdə olmaq” nə deməkdir sualını özünə vermək lazımdır. Hər kəs sevilmək istəyir, amma çox az insan sevməyi bilir. Sevmək, qarşıdakını dəyişdirmək deyil, onun varlığını qəbul edib, yanında özünü qorumağı bacarmaqdır”.

Samirə İsmayılova əlavə edib ki, bəzən insanlar tənhalıqdan qaçmaq üçün evlənirlər, amma nəticədə daha dərin tənhalığa düşürlər:

“Hər evlilik təbii ki, eyni deyil. Amma hər sağlam münasibət emosional təhlükəsizlik üzərində qurulur. Yəni orada qorxu yox, etibar; sükut yox, ünsiyyət, təzyiq yox, anlayış olur. Bir insanla nikah qurmaqdan öncə, onunla sükutu bölüşə bilirsənsə, o münasibət artıq sağlam başlanğıcdır. Çünki səssizlikdə də rahatlıq varsa, orada tənha qalmaq qorxusu olmur.

Bəzən insanlar tənha qalmamaq üçün evlənir, amma nəticədə daha dərin tənhalığa düşürlər. Əslində, tənhalıqdan qaçmaq üçün yox, paylaşmaq üçün evlənmək lazımdır. Çünki evlilik bir qaçış deyil, bərabər yoldur. O yolda kiminsə addımı yubananda, digəri gözləməyi bacarmalıdır. Yalnız o zaman iki nəfərin sükutu bir-birini tamamlayır, boğmur”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri