Icma.az
close
up
RU
Eyni telefon, fərqli qiymət: Azərbaycanda niyə daha baha satılır?

Eyni telefon, fərqli qiymət: Azərbaycanda niyə daha baha satılır?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda mobil telefonların qiyməti ilə xarici ölkələrdəki satış qiymətləri arasında fərq istehlakçıların diqqətini çəkir.

Eyni model telefon ABŞ, Türkiyə və Gürcüstanda daha münasib qiymətə təklif olunduğu halda, Azərbaycanda həmin cihazın daha baha satılması sual yaradır ki, qiymət fərqini əsasən vergilər və gömrük xərcləri formalaşdırır, yoxsa yerli bazardakı satış və idxal marjaları da ciddi rol oynayır?

Xüsusilə Gürcüstanla müqayisədə Azərbaycanda telefonların qiymətinin hansı amillər səbəbindən yüksək olduğu maraq doğurur. Hazırda fiziki şəxslərin xaricdən gətirdiyi bir mobil cihaz üçün 800 ABŞ dollarınadək güzəşt limiti tətbiq olunur, limitdən artıq hissəyə isə gömrük ödənişləri hesablanır. ⁠

Eyni model mobil telefonun ABŞ, Türkiyə və xüsusilə Gürcüstandakı qiyməti ilə Azərbaycan bazarındakı qiyməti arasında fərqin yaranmasının əsas səbəbləri nələrdir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, eyni model telefonun Azərbaycanda daha baha satılmasını yalnız gömrük və vergilərlə izah etmək düzgün olmaz:

“İdxal zamanı gömrük rüsumları, ƏDV, 2026-cı ildən mobil cihazlara tətbiq olunan 20 manatlıq aksiz, logistika, sığorta, anbar və digər xərclər qiymətə təsir edir. Amma bunlar qiymət fərqinin hamısını izah etmir.

Məsələn, xaricdə 1000 dollara satılan telefon Azərbaycanda xeyli baha təklif olunursa, burada satıcının və distribyutorun marjası, bazarın həcmi, satış və servis xərcləri, valyuta və maliyyələşmə xərcləri də rol oynayır.

Əgər eyni telefonun Azərbaycandakı qiyməti bütün bu xərclərin və vergilərin üzərinə qoyulan məqbul marjanı aşırsa, artıq qiymət fərqinin bir hissəsini bazardakı yüksək kommersiya marjası ilə izah etmək mümkündür.

Ona görə də “telefon bahadır, çünki gömrük və vergi yüksəkdir” demək tam doğru yanaşma deyil. Konkret model üzrə xaricdəki satış qiyməti, Azərbaycana daxilolma zamanı ödənilən bütün vergi və gömrük ödənişləri, logistika xərcləri və mağazanın son satış marjası ayrı-ayrılıqda hesablanmalıdır.

Yalnız bundan sonra qiymət fərqinin hansı hissəsinin obyektiv xərclərdən, hansı hissəsinin isə satıcının marjasından yarandığını müəyyən etmək olar".

O deyib ki, Azərbaycanda rəsmi idxal olunan telefonlarla xaricdən şəxsi qaydada gətirilən telefonların xərc strukturu da eyni deyil:

"Fiziki şəxs üçün hazırda ildə bir ədəd telefonun 800 dollara qədər olan hissəsi müəyyən şərtlərlə gömrük ödənişindən azaddır; 800 dollardan yuxarı hissə isə gömrük ödənişinə cəlb olunur.

Yəni əsas məsələ təkcə vergilərin yüksək olub-olmaması deyil. Əsas sual budur: bütün həyatını vergi, gömrük, logistika və satış xərcləri çıxıldıqdan sonra Azərbaycanda nəfər üzərinə qoyduğu marja nə qədərdir və bu marja digər ölkələrlə müqayisədə nə dərəcədə əsaslandırıla bilər?

Bəli, 1000 dollarlıq telefonun yəni daha baha satılmasının müəyyən hissəsi obyektiv xərclərlə əsaslandırıla bilər. Amma qiymət fərqinin hamısını gömrük və vergilərlə izah etmək mümkün deyil.

Gömrük, ƏDV, aksiz, logistika və digər idxal xərcləri qiyməti müəyyən qədər artırır, lakin bundan sonra satıcının və distribyutorun əlavə marjası da formalaşır.

Deməli, xaricdə 1000 dollara satılan telefonun Azərbaycanda, məsələn, 1200–1300 dollara satılması müəyyən şərtlərlə izah oluna bilər. Amma qiymət 1500–1600 dollar və ya daha yuxarıdırsa, artıq təkcə vergi və gömrük xərclərinə istinad etmək inandırıcı deyil.

Belə böyük fərqin əhəmiyyətli hissəsində distribyutor və pərakəndə satış marjası, bazardakı rəqabətin zəifliyi və əlavə kommersiya xərcləri axtarılmalıdır.

Ona görə konkret olaraq “Qiymət fərqinin nə qədəri əsaslandırıla bilər?” sualına bütün telefonlara aid vahid faiz demək düzgün olmaz. Bu, modeldən, rəsmi idxalçıdan və satış kanalından asılıdır. Amma sağlam rəqabət şəraitində vergi və bütün real xərclərdən sonra yaranan qiymət fərqi məntiqli həddi aşmamalıdır”.

İqtisadçı qeyd edib ki, əgər eyni model qonşu ölkələrdə və ya Avropa bazarında davamlı şəkildə xeyli ucuzdursa, Azərbaycandakı yüksək qiymətin yalnız vergilərlə izah edilməsi əsaslı görünmür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Sentyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri