Eyni yolu qazıb o vəziyyətdə qoyub getdilər; təhlükə yarandı Təlimçidən ŞİKAYƏT VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Binəqədi rayonnunda yolun ortasında qazılmış çuxur sürücülər üçün ciddi manelər yaradır. Sakinlərin sözlərinə görə, xüsusilə gecə saatlarında həmin çuxur işıqlandırmanın zəif olması səbəbindən sürücülər üçün real təhlükə mənbəyinə çevrilir. Avtobus sürücüləri isə daha böyük risklə üzləşirlər, çünki çuxur nəqliyyat vasitələrinin manevr imkanlarını məhdudlaşdırır və qəza ehtimalını artırır.
Bununla əlaqədar təlimçi Arzu Babazadə Avtosfer.az-a ərazidən video çəkərək göndərib. O qeyd edib ki, Azərbaycan Beynəlxalq Universitetdən “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinə gedən yolda, İlham Hacıyev küçəsindəki bu çuxuru daha əvvəl də qazmışdılar. Bir müddət əvvəl də eyni yerdə analoji şəkildə yol qazılmış, məsələ ictimailəşdirildikdən sonra yol bərpa edilmişdi. Lakin yenidən həmin nöqtədə qazıntı aparılıb və yol əvvəlki vəziyyətinə qaytarılmayıb.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini, çuxurun təcili doldurularaq yolun bərpasını tələb edirlər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 03 Dekabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















