Icma.az
close
up
RU
Eyyub Kərimli: “Azərbaycan biznesin qeydiyyatı prosesi üzrə ən qabaqcıl təcrübələrdən birinə malikdir”

Eyyub Kərimli: “Azərbaycan biznesin qeydiyyatı prosesi üzrə ən qabaqcıl təcrübələrdən birinə malikdir”

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda Azərbaycan biznesin qeydiyyatı prosesində dünyada ən qabaqcıl təcrübələrdən birinə malikdir.

Bunu “Report”a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.

Ekspertin sözlərinə görə, 2024-cü ildə bu sahədə bir sıra mühüm yeniliklər həyata keçirilib:

“Ən əhəmiyyətli yeniliklərdən biri xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi və MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır. Bu dəyişikliklər Azərbaycanda biznesin təsis edilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görülən işlərin bir hissəsidir”.

O bildirib ki, hazırda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən və Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu biznes qeydiyyatının daha da təkmilləşdirilməsi üçün intensiv iş aparır:

“Son bir ildə bu işçi qrupun təşəbbüsü ilə biznes qeydiyyatını sadələşdirmək məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna, eləcə də Əmək, Mülki və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib. Bu dəyişikliklər nəticəsində kommersiya qurumlarının dövlət qeydiyyatı üzrə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və xarici investisiyalı MMC-lərin qeydiyyat prosedurları sadələşdirilib. Bu, təkcə investisiya mühitinin yaxşılaşdırılmasına deyil, həm də Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə müsbət təsir göstərəcək”.

E. Kərimli əlavə edib ki, 2024-cü ilin digər mühüm yeniliklərindən biri MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınmasıdır:

“Bu yenilik biznes sahibləri üçün vaxt itkisini əhəmiyyətli dərəcədə azaldır. Əvvəllər yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı elektron qaydada aparılırdı. Yeni prosedurlar nəticəsində isə həm yerli, həm də xarici investisiyalı MMC-lər təsis sənədlərində edilmiş dəyişikliklərin elektron qeydiyyatı üçün ərizə ilə müraciət edə bilirlər”.

Ekspertin fikrincə, 2025-ci ildə bu sahədə yeni islahatlar gözlənilir:

“Kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması və müvafiq reyestrin yaradılması planlaşdırılır. Bu prosesə dair normativ sənədlər hazırlanır və qüvvəyə mindikdən sonra lazımi texniki imkanlar yaradılacaq. Nəticədə, Azərbaycanın biznes qeydiyyatı sahəsində qazandığı uğurlar onu dünya miqyasında ən qabaqcıl ölkələrdən biri kimi mövqeyini qorumağa imkan verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri