Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Əzələ artırmaq üçün protein tozu vacibdir? Açıqlama

Əzələ artırmaq üçün protein tozu vacibdir? Açıqlama

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər idmanla məşğul olanlar arasında protein tozlarından istifadə geniş yayılıb. Əzələ kütləsini artırmaq və gündəlik protein ehtiyacını qarşılamaq məqsədilə istifadə olunan bu məhsulların faydası isə əsasən insanın ümumi qidalanması və məşq proqramı ilə əlaqələndirilir. Araşdırmalar göstərir ki, kifayət qədər protein qəbulu müqavimət məşqləri ilə birlikdə əzələ kütləsi və güc artımına müəyyən əlavə töhfə verə bilər.
Lakin protein tozu sağlam qidalanmanı tam əvəz edən vasitə deyil və hər kəs üçün mütləq lazım olmaya bilər. Məhsul seçərkən tərkib, protein miqdarı, əlavə maddələr və istifadə məqsədi kimi amillərin nəzərə alınması vacibdir. Bəs protein tozlarından istifadə həqiqətən sağlamlıq və əzələ inkişafı baxımından nə dərəcədə faydalıdır? İnsanlar protein məhsulu seçərkən hansı məqamlara diqqət etməlidirlər və bu əlavələrdən istifadə zamanı hansı səhvlərdən çəkinmək lazımdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sağlam qida, sağlam həyat mütəxəssisi Xuraman Kazımova bildirib ki, protein əlavələrindən istifadəyə gəldikdə, onların qəbulu zamanı bədəndə müəyyən dəyişikliklər, xüsusilə də əzələ kütləsinin artması müşahidə oluna bilər.
Onun sözlərinə görə, burada əsas məsələ düzgün qidalanma və müntəzəm məşqdir:
“İnsan məşqləri dayandırdıqda və qidalanmasına əvvəlki kimi diqqət yetirmədikdə, zamanla bədən formasında dəyişikliklər baş verə bilər.
Fikrimcə, idmanla məşğul olan insanların ilk növbədə sağlam və balanslı qidalanmasına diqqət etməsi daha məqsədəuyğundur. Orqanizmin ehtiyac duyduğu zülalı yumurta, ət, balıq, süd məhsulları, paxlalılar və digər təbii qida məhsullarından almaq mümkündür. Buna görə də yalnız daha sürətli nəticə əldə etmək məqsədilə protein tozlarından və müxtəlif əlavə vasitələrdən, xüsusilə də həkim nəzarəti olmadan hormonal preparatlardan istifadə etmək düzgün yanaşma deyil.
İndiki gənclər arasında bədən quruluşuna və xarici görünüşə böyük maraq var. Lakin bəzən bu prosesdə sağlamlıq məsələsi ikinci plana keçir. Əsas məqsəd qısa müddətdə bədənin daha iri və əzələli görünməsinə nail olmaqdır. Halbuki bədənin formaya düşməsi yalnız istifadə olunan hər hansı əlavə məhsulla deyil, uzunmüddətli və düzgün məşq, sağlam qidalanma və nizamlı həyat tərzi ilə bağlıdır.
Bəzi hallarda insan məşq və qidalanma rejimini dayandırdıqda əvvəlki görünüşünü qoruya bilmir. Əzələ kütləsi zamanla azala, bədən kompozisiyası dəyişə və insan əvvəlki formasından uzaqlaşa bilər. Buna görə də idmanla məşğul olan şəxs bilməlidir ki, əldə etdiyi nəticəni qorumaq üçün də davamlı şəkildə sağlam həyat tərzinə riayət etmək lazımdır.
Bəzən insanlar bədənin böyüməsini və daha iri görünməsini yalnız əzələ artımı kimi qiymətləndirirlər. Halbuki bədəndəki dəyişikliklərin səbəbi yalnız əzələ toxumasının artması olmaya bilər. Maye tutulması, qidalanma, məşq rejimi və digər amillər də insanın xarici görünüşünə təsir göstərə bilər. Buna görə də qısa müddətdə əldə olunan vizual nəticə həmişə uzunmüddətli, sağlam və dayanıqlı nəticə demək deyil.
Estetik baxımdan da ən yaxşı nəticə sağlam şəkildə formalaşmış bədəndir. İnsan hər hansı preparat və ya əlavə vasitədən asılı olmadan, düzgün qidalanma və məşq hesabına öz bədən formasını qoruyursa, bu, daha dayanıqlı yanaşmadır. İdmanı müəyyən müddət dayandırdıqda belə, təbii şəkildə formalaşmış bədən əvvəlki görünüşünü tədricən itirə bilər.
Kimyəvi maddələrə və müxtəlif preparatlara gəldikdə isə mən özüm belə vasitələrdən istifadə etmirəm və heç kimə də həkim məsləhəti olmadan istifadə etməyi tövsiyə etmirəm. Xüsusilə hormonal sistemə təsir edə bilən preparatların nəzarətsiz istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Bu baxımdan insan öz sağlamlığını qısa müddətdə əldə olunan xarici görünüş naminə riskə atmamalıdır.
İnsan bədəni bütöv bir sistemdir. Qidalanma, yuxu, fiziki aktivlik və psixoloji vəziyyət bir-biri ilə əlaqəlidir. Ona görə də idmanla məşğul olarkən əsas məqsəd yalnız bədəni böyütmək və ya əzələləri daha nəzərəçarpan etmək deyil, sağlam və uzunmüddətli nəticə əldə etmək olmalıdır.
Hesab edirəm ki, xüsusilə gənclər bu məsələyə daha məsuliyyətli yanaşmalıdırlar. Qısa müddətdə nəticə əldə etməkdənsə, düzgün qidalanmaq, mütəmadi məşq etmək və lazım gəldikdə mütəxəssis məsləhəti almaq daha doğru yoldur. Sağlam bədən yalnız xarici görünüşlə deyil, orqanizmin ümumi vəziyyəti ilə ölçülməlidir”, - deyə Xuraman Kazımova fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Avqust 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see298

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see283

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see279

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see242

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see230

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see226

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see226

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see225

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see225

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see214

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see214

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see211

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see206

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see191

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see189

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see186

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see186

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see182

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri