Icma.az
close
up
RU
Əzəli əbədi güc Pərvanə Bayramqızı yazır

Əzəli əbədi güc Pərvanə Bayramqızı yazır

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Qılınc paslanır, hakimiyyət devrilir, səlahiyyət əldən alınır, vəzifə itir, qorxu da yox olur, təkcə sevgi qalır. Özünü pay-püşlə sevdirəcəyini düşünənlər yanılırlar. Bu cür qazanılan "sevgi" uzunömürlü olmur. Pay kəsiləndə sevgi yoxa çıxır, "hörmət"  etmək vacib sayılmır. Qorxu ilə idarəetmə, tabeetmə, özünü "sevdirmə" müvəqqətidir, bir gün bir üsyankar yetişir qorxulara qalib gələrək sübut edir ki, qorxu sevgi deyil. İllər ərzində sevgi qazanmısansa, əbədidir, onu heç kəs heç nə ilə ala bilməz. Sevgini zorla, silahla tələb etmirlər, sevgini sevgi ilə qazanırlar. Ürəyə doldusa, ordan çıxması çətin olur. O kəs ki zorla "Məni sevməlisən!", "Mənə hörmətlə yanaş!" deyirsə, demək, bədbəxtliyindən xəbərsizdir. Bu həm də mənəvi eybəcərlikdir. Səlahiyyətə arxayın olub gözdən düşmək pis nəticə verir.

Uşaq vaxtımdan sevdiyim üç-dörd nəfər var, mən böyüyənədək onların xeyli səhvi, böyük günahları oldu, amma vaxtında sevgimi qazandıqlarından dönə bilmirəm onlardan. Səfil olsa belə ehtiyacım olan vaxt mənə mehribanlıq göstərən birini unutmaram. Dünyanın ən asan işi vurub-dağıtmaq, nifrət etmək, ən çətin işisə qurub-yaratmaq, sevgi qazanmaqdır. Kiminsə qəlbində yer tutmusunuzsa, xoşbəxtsiniz, kimsə sizə qəlbində yer ayırıbsa, yenə xoşbəxtsiniz, amma bu xoşbəxtlik sizdə arxayınlıq yaratmasın, taxta çıxmağın taxtdan enməyi də var. Hamısı könül işi olsa gözəldir. Vallah-billah zorla olmur, gərək o yeri sevgi ilə qazanasan. Özündən doğulmayan hisslərin ömrü gödəkdir, qarşılığı gözlənilən rəftarla nəyəsə nail olmaq mümkün deyil. Könül qapısını yalnız sevgi açır.

Bir insanı nə qədər çox sevə, nə qədər dəyər verəsən ki, statusuna təbəssümü andıran işarə (?) qoyanda sevincdən ürəyin çırpına. Paylaşmana reaksiya verdiyinə görə yox ee, üzü güldüyünə şad olursan. Bilirsən ki, çöhrəsinə təbəssüm qonub. Sən də bundan məmnun olursan. 

Doğmalığı qan qohumluğundan qəbul etmirəm, ən yaxın adamımız üzümüzü güldürən, könlümüzü sevindirəndir. Qəlbimizdə xoş duyğu oyadanları itirməyək.

Mənim doğmam, mənə doğma sevincimə sevinənlərdir. Kədərimə şərik olanlara hörmətim, ehtiramım var, bilirəm, yaxşı insanlardır, mərhəmətləri olduğundan insanların ağrısına acıyırlar. Uğuruma sevinib, sevincimi özününkü kimi hiss edənlərsə MƏNdirlər.

Doğmalarımı nailiyyətlərinə görə heç vaxt təbrik etmirəm. Ona görə ki, adam uğur qananda özü özünü təbrik etmir, yalnız sevinir.
Sözü sevirəm, qüdrətinə heyranam. Amma canında hiss etdiyin elə adam olur ki, hisslərini ona ifadə edə biləcək söz tapa bilmirsən. Bu zaman əməl sözü əvəz edir, hətta ondan bir az da üstün olur. Deməli, əməl sözün real formasıdır. Bəzən sevdiyinə hirslənib acı söz desən də, soyuqlamasın deyə arxasınca qaçıb geyim verirsən, gözündən uzaqda olanda "görəsən necədir?" sualı ilə günü axşam edirsən. Əməl ürəyi göstərir, sözə yardımçı olur.

Sevgi ilə qəzəb dostdur, öz aralarında anlaşıb yola gedirlər, xain nifrəti isə yaxına buraxmaq olmaz.

Hərdən göz nuru olmaq istəyirsən, demək,  əzizinin işığa ehtiyacı var...

Bir olan ürəyini iki istəmirsən, elə o birini də vermək niyyətin olur: əzizinin ürəyi ağrıyırsa.

Bütövlükdə özündən keçməyin məqamısa hər an ola bilər: kimsə, nəsə dardadır. "Nəsə" də, əslində, kimsədir, adı Vətəndir. Ona sevgi səninlə birgə doğulur. Bəzən qılıncı da sevdiyindən qaldırırsan, sevdiyini qorumaq üçün. Sevgi qılıncdan itidir, yoxsa ürəyi dəlib keçəmməz. 

Bəsdir, işləyib pul qazandıq, bir az da sevgi qazanaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see353

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see317

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see301

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see253

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see249

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see245

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see238

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see226

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see225

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see219

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see215

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see213

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see211

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see209

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see209

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see206

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see205

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see203

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see190

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri