Əziz Yıldırımın qızının evində ölüm hadisəsi baş verdi!
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
''Fənərbaxça''nın prezidenti Əziz Yıldırımın qızı Gülşah Yıldırım Qordinin evində bədbəxt hadisə baş verib.
Türkiyə mətbuatının yazdığına inansaq, uzun illərdi, dırnaq ustası kimi çalışan Dərya Gündoğdu adlı xanım manikür və pedikür xidmətləri göstərmək üçün Gülşah Yıldırım Qordinin Beykozda yerləşən evinə gəlib. 56 yaşlı bu xanım evdə olarkən onun anidən halı pisləşib.
İddialara inansaq, o, pilləkənlardan qalxarkən özünü pis hiss edib və yerə yıxılaraq bir müddət hərəkətsiz qalıb. Evə dərhal təcili tibbi yardım çağırılıb. Ancaq bunun bir faydası olmayıb. Həkimlər gələnə qədər xanım artıq keçinib. Polislər hadisə ilə bağlı araşdırmaya başlayıblar. Evdəki təhlükəsizlik kameraları incələnilib.
Bu xəbər Türkiyə mətbuatında paylaşıldıqdan sonra hadisənin Əziz Yıldırım son evliliyindən olan Yaz adlı qızının yaşadığı evdə baş verdiyi güman edilmişdi. Amma 13 yaşlı Yaz Yıldırım paylaşım edərək olayın onunla əlaqəsi olmadığını və başqa evdə baş verdiyini bildirib.
Gülşah Yıldırım Qordi Əziz Yıldırım ilk evliliyindən olan 35-40 yaşlarında bir xanımdı. O, 2010-cu ildə iş adamı Murat Qordi ilə ailə həyatı qurub və 2012-ci ildə ana olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 02 İyul 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















