Icma.az
close
up
RU
Fabreqas: “Biz skudettonu qazanmağa hazır deyilik”

Fabreqas: “Biz skudettonu qazanmağa hazır deyilik”

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransesk Fabreqas İtaliya futbolunda artıq ikinci mövsümdü ki, məşqçilik bacarığı ilə hamını yaxşı mənada təəccübləndirir. Onun 2024-cü ildən baş məşqçi kimi çalışdırdığı “Komo” ötən mövsümü 10-cu yerdə başa vurmuşdu. Komanda hazırda Çempionlar Liqasına ayrılan 4 vəsiqədən biri uğrunda mübarizə aparır.

"Football-plus.az"ın məlumatına görə, Fabreqas A seriyasının “Milan” ilə təxirə salınan oyunundan əvvəl bu klubun rəsmi saytına qısa müsahibə verib. 38 yaşlı ispaniyalı mütəxəssis İtaliya nəhəngi ilə bağlı maraqlı faktı da açıqlayıb.
Dəyişməyən mesajı...
Yaxşı oyun həmişə qələbəyə təminat vermir. Əks halda futbolu başqa cür izah edərdilər. Biz doğru addımlar atmalı, düzgün qərarlar verməyə çalışmalıyıq. Komanda və ümumilikdə kollektivimiz gəncdi – yolumuz bu istiqamətdədi. Biz skudettonu qazanmağa hazır deyilik.
Bununla belə, indiyədək üzərimizə düşən işlərin öhdəsindən yaxşı gəldiyimizi bilirəm. Futbolçu təcrübəmə görə - mən həmişə ən yaxşı komandalarda, ən yaxşı məşqçilərin başçılığı altında oynamış və qələbələrə alışmışam – deyə bilərəm ki, yol bir xətt üzrə olmur. Çətinliklər səni inkişafa sürükləyir və işin müxtəlif yönlərinə fərqli prizmalardan baxmağa vadar edir. Yolun bundan sonrakı hissəsi uzun və gözəldi. Bundan əvvəlki hissədə qalib gəlsək də, uduzsaq da mesajım eyni olaraq qalır.
...“Komo”nun iddiası...
“Milan”a qarşı oyunda hesabda öndə olmağına baxmayaraq, sonda uduzmaq (A seriyasının yanvarın 15-də Komoda keçirilən oyununda 1:3 hesablı məğlubiyyəti xatırladır)? Buna uyğunlaşmaq lazımdı, futbolda belə aqibət tez-tez baş verir. Biz oyunun əvvəlki matçların surəti olmasına dair səthi fikrin tərəfdarı deyilik. “Komo”da nələr qurduğumuzu nəzərə alsaq, fərqli bir ssenari görmək istərdim.
“Komo”nun skudettonu qazamağa qadir olduğunu düşünənlər yanılırlar. Mən bunu komandanın başına keçdiyim ilk gündən deyirəm. Bir neçə gün əvvəl “Fiorentina” bizə üç qol vurdu, biz isə “Kalyari”, “Cenoa” və “Atalanta” ilə matçlarda yaxaladığımız qol imkanlarını dəyərləndirə bilmədik. Bizim fenomenal və ya təkbaşına fərq yarada biləcək oyunçularımız yoxdu.
Bəzən etdiyin şey qızıla çevrilir, bəzən isə olmur. “Komo” həmişə rəqibə öz oyununu təklif etmək, sürəti daim artırmaq istəyir. Bizim Yamal və ya Levandovski kimi oyunçularımız yoxdu, buna baxmayaraq, böyümək istəyirik. Komandada hər il irəliləyişin olması vacibdi. İki-üç ildən sonra yetkinləşəcək və hədəflərimizi aydın şəkildə anlayacağıq.
...Milana baş tutmayan səfəri...
Mən 2011-ci ildə o “Cənab X” idimmi? Xeyr. “Milan”a gəlincə, bu klubla yalnız bir dəfə təmasım olub. 2016-cı ildə, mövsümün əvvəlində Kontenin başçılığı altında çox da oynamaq şansı qazanmırdım. O vaxt “Milan”ın baş direktoru Qazidislə ünsiyyətim olmuşdu. Amma “Arsenal”dan ayrılarkən mənim üçün yalnız bir seçim variantı vardı: ya “Barselona”, ya da heç nə. Ya “Barselona”, ya da “Arsenal”...
...və qeyri-sabitlik haqda
Rəqəmlər daha yüksək yerə layiq olduğumuzu desə də, biz kiçik klubuq. Bizdə top-kluba xas sabitlik yoxdu. “Milan”a qarşı yanvarda keçirdiyimiz oyunda rəqibimizin hətta bizim təzyiqimiz altında qaldığı halda belə tamamilə sakit olduqları hissi olunurdu.
Onlar sadəcə, məqam gözləyirdilər. Bu xüsusiyyət yalnız təcrübə ilə qazanılır. Modriç üçün istənilən vəziyyət problem sayılmır: o, futbolda hər cür sınaqdan keçib. Hətta Lukaya qarşı 150 min adam oynasa belə, bu, heç nəyi dəyişməzdi. Bunu bizim uşaqlar haqda deyə bilməzsən və bunu anlamaq lazımdı. Əks halda reallıq hissini və perspektivləri itirirsən. Serxi Roberto ilə Moratanı saymasaq, liqanın ən gənc komandası bizdədi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Fevral 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri