Faciədən dərs çıxarılmır: Bakıda daha bir təhlükəli görüntü
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Bakıda yolda texniki nasazlıqla üzləşmiş avtomobillərin sürücülərinin digər hərəkət iştirakçıları üçün xəbərdaredici işarələrdən istifadə etməməsi adi hala çevrilib.
“Azpolitika” xəbər verir ki, belə hadisələrdən biri Xəzər rayonu ərazisində - Zuğulba-Bilgəh yolunda qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil sürətli yolun döngə hissəsində texniki səbəbdən dayansa da, onunla eyni istiqamətdə gələn və görmə məsafəsi az olan digər nəqliyyat vasitələri üçün heç bir xəbərdaredici işarə qoymayıb. Nəticədə, yolda qəza şəraiti yaranıb.
Bu hal digər avtomobillər kimi, nasaz olan nəqliyyat vasitəsi və sürücüsü üçün də təhlükəlidir.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunda texniki nasazlıq səbəbindən qalan avtomobil ağır qəzaya səbəb olmuş və tanınmış hüquqşünas Fərhad Mehdiyevin motosikletlə hərəkət edən qızı həlak olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 08 İyul 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















